QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Çempionlar Liqası

2016/2017-ci illər mövsümü

"Qarabağ"ımız ardıcıl 3-cü ildir ki, Çempionlar Liqasında mübarizə aparıb. Komandamız II təsnifat mərhələsində Lüksemburq çempionu "F91 Düdelanj"la qarşılaşıb və növbəti mərhələyə vəsiqəni təmin edib.

"Qarabağ" - "F91 Düdelanj" 2:0

"F91 Düdelanj" - "Qarabağ" 1:1

 

III təsnifat mərhələsində komandamız son Çexiya çempionu "Viktoriya Plzen"lə qarşılaşıb. Səfərdə 0:0 hesablı heç-heçə edən komandamız cavab matçında 1:1 hesablı heç-heçə etsə də, iki oyunun nəticəsinə görə mübarizəni Avroliqada davam etdirib.

"Viktoriya Plzen" - "Qarabağ" 0:0

"Qarabağ" - "Viktoriya Plzen" 1:1

 

2015/2016 mövsümü

"Qarabağ"ımız Avropanın ən nüfuzlu turnirində ardıcıl ikinci dəfədir ki, ölkəmizi təmsil edir. Komandamız II təsnifat mərhələsində Montoneqro çempionu "Rudar"la qarşılaşıb.

"Qarabağ" - "Rudar" 0:0

"Rudar" - "Qarabağ" 0:1

III təsnifat mərhələsində isə komandamız Şotlandiyanın "Seltik" komandası ilə qarşıaşıb. Səfərdə 0:1 hesabıyla məğlub olan "Qarabağ"ımız cavab matçında 0:0 hesablı heç-heçə edib və mübarizəni Avroliqanın pley-off mərhələsində davam etdirib.

"Seltik" - "Qarabağ" 1:0

"Qarabağ" - "Seltik" 0:0

 

2014/2015 mövsümü

21 il ərzində ilk dəfə ölkəmizi Avropanın nüfuzlu turnirində `Qarabağ` təmsil etdi.

İkinci təsnifat mərhələsində Malta çempionu ilə qarşılaşan komandamız hər iki oyunda qələbə qazanmaqla üçüncü mərhələyə vəsiqə qazandı.

`Valletta` 0 - 1 `Qarabağ`    

17` Çumbinyo 

 

`Qarabağ` 4 - 0 `Valletta`

16` Reynaldo 
49` Çumbinyo 
56` Danilo Dias 
81` Leroy Corc 

Üçüncü təsnifat mərhələsində komandamızın rəqibi Avstriya çempionu olan `Zalsburq` klubu oldu.İlk görüş Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda baş tutdu və komandamız 2-1 hesabı ilə qələbə qazandı,cavab görüşündə isə 2-0 hesabı ilə məğlub olan komandamız AvroLiqanın Play-Off mərhələsinə vəsiqə qazandı.

`Qarabağ` 2 - 1 `Zalsburq`

2` Dias 
77` Soryano 
87` Reynaldo 

`Zalsburq` 2 - 0 `Qarabağ`

Hinteregger 18, 34