Qarabağ TV
TPL
UEL
Nailiyyətlər

"Qarabağ"ımız tarixi ərzində 5 dəfə Azərbaycan çempionu olub. İlk dəfə Qarabağ 1994-cü ildə Azərbaycanın ən güclüsü olmuşdur. Daha sonra Qarabağ Çempionluğu 20 il gözləməli olur. Qarabağın ikinci çempionluğu 2014-cü ilə təsadüf edir. Elə bir ildən sonra isə Qarabağ titulunu qoruyaraq tarixində 3-cü dəfə çempion olur. 2016-cı ildə bütün rəqiblərini qabaqlayan "köhlən atlılar" arıcıl 3, ümumilikdə dördüncü çempionluğunu əldə edir. 2016/17-ci illər mövsümündə də uğurlu çıxışını davam etdirən "Qarabağ"ımız bu mövsümdə ardıcıl 4, ümumilikdə isə 5-ci çempionluğunu qazanır. 

 

Komandamız tarixində 6 dəfə Azərbaycan kubokunun qalibi olmuşdur. 1993-cü ildə kuboku qazanan komandamız növbəti dəfə 2005/06-ci illər mövsümündə eyni uğura imza atmışdır.2008/09-cu illər mövsümündə baş məşqçimiz Qurban Qurbanovla ölkə kubokunu qazandı, bu Qurbanovun komandamızd aqazandığı ilk titul idi. 2014/15, 2015/16, 2016/17-ci illər mövsümündə də komandamız ölkə kubokunun sahibi olub.

 

Komandamız Avropa Liqasının qrup mərhələsində qələbə qazanan ilk Azərbaycan klubudur. 2014/15-ci illər mövsümündə Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanmaqla tarixində ilk dəfə bu uğura imza atdı. Komandamız qrup mərhələsində İtaliyanın "İnter", Ukraynanın "Dnepr" və Fransanın "Sent Etyen" klublarıyla eyni qrupda yer aldılar, komandamız "Dnepr"i səfərdə məğlub edib, "Sent Etyen"lə hər iki oyunda heç-heçə etdi. "İnter"lə də doğma meydanda qolsuz heç-heçə edən komandamlz Avropa Liqasınnın qatıldığı ilk ilində qrup mərhələsini 6 xalla üçüncü yerdə başa vurdu.

"Qarabağ"ımız Avropa Liqasının qrup mərhələsində ardıcıl 3 dəfə iştirak edən ilk Azərbaycan klubudur. (2014/15, 2015/16, 2016/17). "Köhlən atlar" ötən mövsüm Yunanıstanın PAOK klubunu həm evdə, həm səfərdə məğlub edərək (2:0, 1:0) eyni komandanı hər iki oyunda məğlub edən ilk Azərbaycan klubudur.

2017/18-ci illər mövsümünün startında "Qarabağ"ımız Azərbaycan futbolunda tarixi bir uğura imza atdı. Çempionlar Liqasının II mərhələsində mübarizəyə başlayan komandamız bu mərhələdə Gürcüstanın "Samtredia", növbəti mərhələdə isə Moldovanın "Şerif" klubunu mübarizədən kənarlaşdırdı. Pley-off mərhələsində isə Danimarkanın "Kopenhagen" klubunu iki oyunun nəticəsinə görə üstələyərək Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu oldu.