Qarabağ TV
TPL
UEL
"Qarabağ" FK tətbiqi

“Qarabağ” FK-dan  daha bir ilk. Bugündən etibarən “Qarabağ”  haqqında bilgi əldə etmək çox rahat olacaq.  Azərbaycan klubları arasında ilk dəfə olaraq “Qarabağ” FK klubuna məxsus tətbiqetmə  (application) ictimayyətin diqqətinə təqdim olunur.

 Artıq tam yeni, rəngarəng və istifadəyə rahat  “Qarabağ” FK tətbiqetməsini yükləyərək komandamız haqqında bilgiləri rahatlıqla əldə edəcəksiniz.

Tətbiqetmə klubun rəsmi saytının bütün informasiyasını özündə daşımaqla yanaşı bir sıra funksiyaları ilə də istifadəçilərə əlverişli imkanlar yaradacaq.

Sevimli komandamızın oyunu olduğu zaman gələn bildirişlər, daimi yeniliklərlə bağlı xəbərdarlıqlarla komandamıza daha yaxın olacaqsınız.

 

Rəngərəng fotoqalereyalar, videolar,  xəbərlər və başqa xüsusiyyətlərlə  “Qarabağ” FK tətbiqetməsində görə bilərsiniz.

Artıq “Qarabağ” FK haqqında hər şey bir toxunuşunuz qədər yaxınınızda olacaq.

“Qarabağ” tətbiqetməsi həm İOS, həm də Android platformalı mobil cihazlar üçündür.   Hər 2 sistemin PLAYSTORE tətbiqetmə mağazasında Qarabağ(g)(gh)  axtarış verməklə tətbiqetməni rahatlıqla,heç bir ödəniş etmədən telefonunuza yükləyə bilərsiniz.

 

Android - http://bit.ly/1e9yL0Z
iOS - http://apple.co/1JprJmI

 

 

"Qarabağ"dan daha bir rekord göstərici !

Bildiyiniz kimi “Qarabağ” FK 1 ay əvvəl Azərbaycan Futbol aləmində bir ilkə imza atmışdı. Artıq 1 aydan çoxdur ki, “Qarabağ” FK klubuna məxsus tətbiqetmə (application) ictimayyətin diqqətinə təqdim olunub və böyük marağa səbəb olub. Belə ki, 1 ay ərzində yüklənmə sayı 10.000-i keçib.