Qarabağ TV
TPL
UEL
Kubokun Sahibi-2006

"Qarabağ" Futbol Klubu 2005-2006-cı il mövsümündə Azərbaycan Kubokunun sahibi kimi öz adını tarixə yazdı. Çətin rəqibləri gözəl oyun və mükkəmməl qolları sayəsində məğlub edən komandamız layiq olduğu pilləyə yüksəldi. O anları yenidən yaşamaq üçün Sizlərə bu bölümü ərməğan edirik. O çətin yolu birlikdə varaqlayaq:

1/4 final:  Püşkatma nəticəsində "Qarabağ"ın rəqibi həmin il üçün son Ölkə Kubokunun sahibi "Bakı" komandası oldu. İlk oyun Suraxanıda . . .04.03.2006-cı il:

1/4 final: "QARABAĞ" 3-2 BAKI"  :

 30`- Egidius Yuşka-1:0

56` - SAMİR MUSAYEV - PENALTİ VƏ 2:1

...və oyunun 68-ci dəqiqəsi! Bütün Çempionatların bəzəyi olabiləcək bir qol ! Qolun adı- Samir Musayev:

Oyun sonunda Hakim qapımıza penalti təyin etdi və oyun 3:2 hesabı ilə başa çatdı. Cavab oyun isə T.Bəhramov adına Respublika stadionunda, 18.03.2006-cı il tarixində keçirildi. Oyun 0:0 hesabı ilə başa çatdı və son kubokun sahibini "Qarabağ" dayandırdı...

1/2 final: HƏDƏF "NEFTÇİ" . . .

Yarımfinalda rəqibimiz son ölkə çempionu "Neftçi" oldu. 25.04.2006-cı il tarixində baş tutmuş oyunda hesab açılmadı. Cütün taleyi  cavab oyununda aydınlaşdı...

03.05.2006-cı il tarixi. Suraxanı qəsəbə stadionu...

"Qarabağ" 1-0 "Neftçi" 

30` - SAMİR MUSAYEV

 

Bu qol "Qarabağ"ı Finala yüksəltdi !

FİNAL : "QARABAĞ" - KARVAN"

"Şəfa" stadionu bütünlüklə "Qarabağ" bayrağı ilə bəzədilmişdir. Oyuna nəinki Bakıda yaşayanlar, həmçinin qaçqın düşmüş azarkeşlərimiz də izləməyə gəlmişdilər. "Qarabağ" belə azarkeş önündə uduza bilmədi və ...

45` - VASİF HAQVERİDYEV

Hesab 1:1 və oyunun son dəqiqəsi getdiyi zaman çıxları əlavə vaxt haqda düşündüyü zaman yalnız meydandakı 11 futbolçumuz QƏLƏBƏ-dən başqa bir şey düşünmürdülər. Növbəti hücum:

90+2` - SAMİR MUSAYEV

BUNUNLA DA "QARABAĞ" FUTBOL KLUBU TARİXİNDƏ 2-Cİ DƏFƏ LAYİQ OLDUĞU AZƏRBAYCAN KUBOKUNU BAŞI ÜZƏRİNƏ QALDIRDI...

DAVAMI VAR !