QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Türkiyədən ilk qələbə

AVRO-2016-nın seçmə mərhələsində IV turun oyunları başa çatıb.

Qardaş Türkiyə yığması "Türk Telekom Arena"da Qazaxıstan millisini qəbul edib. A qrupunda şansları çox az olan “ay-ulduzlular” ilk qələbəsini qazanıb – 3:1.

Qrupun digər görüşündə isə vahid iderin adına aydınlıq gəlib. Gözlənilmədən 3 oyunda ardıcıl qələbəyə sevinən və 9 xala malik olan İslandiya Çexiyanın qonağı olub. Meydan sahibləri rəqibini 2:1 hesabı ilə məğlub edərək, xalını 12-yə çıxarıb və qrupda zirvəni ələ keçirib.

Hollandiya Latviya ilə üz-üzə gəlib. “Zambaqlar ölkəsi” qonaqlara divan tutub – 6:0.