QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Avropa Liqası: 1/16 finalın cütlükləri müəyyənləşdi

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb.

İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayıb.

Püşk zamanı 32 komanda iki səbətə bölünüb. Avropa Liqasının qrup mərhələsinin 12 qalibi 1-ci, qrup ikinciləri 2-ci səbətdə qərarlaşıb. Yerdə qalan 8 komanda isə Çempionlar Liqasının qrup mərhələsinin üçüncüləri olub. Həmin komandalardan ən yüksək reytinqə malik dörd komanda 1-ci, digər dörd klub isə 2-ci səbətdə yer alıb.

Çempionlar Liqasında olduğu kimi burada da bu mərhələdə eyni ölkənin komandaları və eyni qrupda mübarizə aparmış klubların qarşılaşması mümkünsüz idi. Türkiyə klublarından yalnız "Beşiktaş" və "Trabzonspor" klubları Avropa Liqasında mübarizəni davam etdirirlər. "Beşiktaş" 1/16 finalda "Liverpul"a, "Trabzonspor" klubu isə "Napoli"yə rəqib olub.

Qeyd edək ki, Avropa Liqasının 1/16 final mərhələsinin oyunları 19-26 fevral tarixlərində keçiriləcək.