QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Q.Qurbanov: "Hə­min anı ye­ni­dən ya­şa­maq is­tə­məz­dim"

Fut­bol üzrə Av­ro­pa Li­qa­sın­da uğur­lu çı­xış edən Azər­baycan çem­pi­o­nu "Qa­ra­bağ"ı Azər­baycan Re­s­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əliy­ev qə­bul et­di. "Qa­ra­bağ"ın Av­ro­li­qa­da­kı çı­xı­şı­na to­xu­nan döv­lət baş­çı­sı İl­ham Əliy­ev Ağdam təm­sil­çi­si­nin "İn­ter"lə son oy­un­da ha­kim­lə­rin haq­sız­lığı ilə üzləş­diy­i­ni dey­ib. Pre­zi­dent Azər­baycan çem­pi­o­nu­nun av­ro­ku­bok­lar­da öl­kə­mi­zi lay­iq­li təm­sil et­diy­i­ni vu­rğ­u­layıb: "Siz xal­qı­mı­za qə­lə­bə se­vinci də bəxş edir­si­niz. Xüsu­si­lə son ya­rış­lar­da, Av­ro­li­qa­da­kı ya­rış­lar­da si­zin oy­un­la­rı­nız ən yüksək qiy­mə­tə lay­i­q­dir. Si­zin qru­pu­nuz­da ya­rı­şan klub­la­rın büdcə­si si­zin­kin­dən qat-qat böyükdür, bəl­kə 10 də­fə­dən çox­dur. Ancaq həy­at­da, id­man­da, siy­a­sət­də ma­liyyə və­sa­i­ti hər şeyi həll et­mir. Siz­də və­tə­nə olan bağlı­lıq, və­tən­pər­vər­lik, pe­şə­kar­lıq və ira­də bax, bu qə­lə­bə­lə­ri şər­t­lən­di­rib. Siz bütün ko­man­da­lar­la çox uğur­lu ya­rış­mı­sı­nız, qə­lə­bə­lər qa­zan­mı­sı­nız. Hər kəs - həm Azər­baycan­da, həm də dünya­da fut­bol­la ma­raq­la­nan hər bir in­san yax­şı görür və bi­lir ki, siz böyük qə­lə­bə­lə­rə lay­iq idi­niz. Ancaq bu qə­lə­bə­lər si­zin əli­niz­dən vicdan­sızc­a­sı­na alı­nıb. Bütün dünya­nın gözü qar­şı­sın­da bu qə­dər əda­lət­siz­lik, bu qə­dər vicdan­sız­lıq bəl­kə də fut­bol ta­ri­xin­də na­dir hal­lar­da baş ve­rir. Əl­bət­tə, bi­li­rəm ki, siz də məy­us ol­mu­su­nuz, azar­keş­lər də, Azər­baycan xal­qı da. İlk növ­bə­də, ona gö­rə ki, siz bu qə­lə­bəyə lay­iq idi­niz".

Döv­lət baş­çı­sı­nın sə­rənca­mı­na əsa­sən "Qa­ra­bağ" fut­bol klu­bu­na Azər­baycan Re­s­pub­li­ka­sı­nın 2014-cü il döv­lət büdcə­sin­də nə­zər­də tu­tul­muş Pre­zi­den­tin eh­tiy­at fon­dun­dan bir milyon ma­nat ay­rı­lıb. Üstə­lik, Azər­baycan Pre­zi­den­ti klu­bun Fut­bol Aka­de­miy­a­sı­nın in­şa­sı üçün tor­paq ay­rıl­ma­sı­na gö­s­tə­riş ve­rib.

Sözsüz, "Qa­ra­bağ"ın uğur­lu çı­xı­şın­da baş məşqçi Qur­ban Qur­ba­no­vun böyük əməyi var. Son günlər bütün diq­qə­ti­ni Azər­baycan çem­pi­o­na­tı­na yö­nəl­dən mütə­xəs­si­s­dən R+un su­al­la­rı­na ca­vab ver­məyi xa­hiş et­dik. İşi­nin çox ol­ma­sı­na bax­may­a­raq Qur­ban QURBANOV məm­nu­niyyət­lə bi­zə vaxt ayır­dı.

- İlk ola­raq si­zi Av­ro­li­qa­da­kı uğur­­lu çı­xış et­diy­i­ni­zə gö­rə tə­b­rik edi­rik. Yə­qin, tə­b­rik­lər çox olub...

- Sözün düzü, biz işi­miz­lə mə­şğ­ul olu­ruq. Azər­bayca­nı Av­ro­pa­da yax­şı təm­sil et­məyə ça­lış­dıq. Son matçda qə­lə­bə qa­zan­maq is­təy­ir­dik, am­ma alın­ma­dı.

- Döv­lət baş­çı­sı İl­ham Əliy­ev "Qa­ra­bağ"ı qə­bul edən za­man uğur­la­rı­nı­zı yüksək qiy­mət­lən­dir­di. Pre­zi­den­t­lə görüş, yə­qin ki, böyük sti­mul olacaq...

- Vaxt ta­pıb ko­man­da­nı qə­bul et­diyi üçün Azər­baycan Re­s­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əliy­e­və tə­şəkkür edi­rəm. Döv­lət baş­çı­sın­dan xoş söz­lər eşit­mək hər bi­ri­miz üçün çox se­vin­di­rici­dir. Cə­nab pre­zi­dent "Qa­ra­bağ"ın oy­un­la­rı­nı iz­lə­diy­i­ni və nə­ticə­lər­dən xə­bər­dar ol­duğu­nu söy­lə­di. Pre­zi­dent həm se­vincli idi, həm məy­us. Son matçda vur­duğu­muz qo­lun sayıl­ma­ma­sı­na gö­rə məy­us ol­muş­du. Qə­bul za­ma­nı döv­lət baş­çı­sı bi­zi "İn­ter" üzə­rin­də qə­lə­bə müna­si­bə­ti­lə tə­b­rik et­di. O de­di ki, ha­kim­lər say­ma­sa be­lə, "Qa­ra­bağ" bu görüşdə qa­li­b­dir. Pre­zi­den­tin ko­man­da­nı qə­bul et­mə­si fut­bol­çu­la­rı da­ha da hə­vəs­lən­di­rəcək. Döv­lət baş­çı­sı­nın diq­qə­ti say­ə­sin­də öl­kə­də id­man in­ki­şaf edir. Biz də ça­lış­ma­lıyıq ki, fut­bo­lu­muz da­ha böyük uğur­lar qa­zan­sın.  Çox xoş his­slər­lə ay­rıl­dıq görüşdən. Cə­nab pre­zi­den­t­lə görüşümüz bi­zim mə­su­liyyə­ti də ar­tı­rır. Biz uğur­la­rı­mı­zı da­vam et­dir­mə­liy­ik.

- Öl­kə­də hə­lə də "Qa­ra­bağ"-"İn­ter" mat­çın­dan da­nı­şır­lar. Ri­çard Al­mey­da­nın qo­lu, ha­ki­min onu he­sa­ba al­ma­ma­sı - bu an­la­rı unut­maq üçün nə qə­dər vaxt la­zım­dır?

- Də­qiq söy­lə­mək çə­tin­dir. Mən hə­lə unut­ma­mı­şam. Oy­un­dan so­nra mat­çın bütöv vi­de­oy­a­zı­sı­na bax­mı­şam. Qol epi­zo­du­na gə­lincə bəl­kə 40 də­fə tə­k­rar bax­mı­şam. O his­slər ba­rə­də da­nış­maq çə­tin­dir. Hə­min anı ye­ni­dən ya­şa­maq is­tə­məz­dim, ey­ni za­man­da o his­slə­ri söz­lə ifa­də et­mək çə­tin­dir.

- Hə­min epi­zo­da bax­mı­sı­nız dey­ir­­si­niz, əmin­lik­lə söy­lə­mək olar ki, qol idi? Şəx­sən biz ora­da tə­miz qol ol­duğu­nu gördük..

- Matçdan so­nra "İn­ter"in fut­bol­çu­la­rı da ya­xın­la­şıb söy­lə­di ki, Al­mey­da­nın qo­lu qay­da­lar çər­çi­və­sin­də idi. Tə­k­rar lay­iq­li qol vur­duğu­mu­zu gö­s­tə­rir. Am­ma bi­zim nə­sə de­məy­i­miz mə­na­sız­dır. Ar­tıq qə­rar ve­ri­lib. Hə­min an­da baş ha­kim mə­su­liyyə­ti üzə­ri­nə götürmə­liy­di.

- De­mə­li, "Qa­ra­bağ"ın lay­iq­li qə­lə­bə­si­ni "oğur­la­dı­lar". 34 min azar­ke­şin se­vinci əlin­dən alın­dı...

- "Qa­ra­bağ" gə­rək o oy­u­nu unut­sun. Yox­sa gə­ləcək­də bi­zə prob­lem ya­ra­da bi­lər. Azar­keş­lə­ri­mi­zin hər bi­ri­nə si­zin va­si­tə­niz­lə tə­şəkkür edi­rəm. Ca­ri mövsüm bi­zi heç vaxt tək qoy­ma­dı­lar. Bütün oy­un­lar­da so­na qə­dər də­s­tək ol­du­lar. Heç vaxt is­tə­mə­mi­şəm ki, on­la­rın qar­şı­sın­da ko­man­dam uduz­sun. Azar­keş­lə­ri­miz ən böyük qə­lə­bə­lə­rə lay­i­q­dir. Hər za­man de­mi­şəm ki, doğma mey­dan­da "Zal­sburq" üzə­rin­də 2:1 he­sab­lı qə­lə­bə­miz­də on­la­rın payı böyükdür. Hə­min matçda azar­keş­lə­ri­miz bi­zə möh­tə­şəm də­s­tək ol­du. "İn­ter"lə oy­un­da so­na qə­dər ümi­di­miz var idi, la­kin son­da alın­ma­dı. Çox is­tər­dik ki, xal­qı­mı­zı se­vin­di­rək.

- Hə­min gün dünya üzrə buk­mey­ker kon­tor­la­rın­da "Qa­ra­bağ"ın qə­lə­bə­si­nə 251 milyon dol­lar pul qoy­u­lu­şu edil­miş­di. Bu hal oy­u­na tə­sir edə bi­lər? Ey­ni za­man­da UEFA-nın Ru­siya-Uk­ray­na ha­di­sə­lə­ri­nə gö­rə ikinci­lə­rə də­s­tək ol­duğu dey­i­lir...

- Ha­kim səhv et­di deyə bil­mi­rəm. Çünki epi­zo­du görürdü. Yan xətt ha­ki­mi və qa­pı­nın ar­xa­sın­da­kı kö­mək­çi hər şeyi görürdü. Bi­zim əli­miz­də fakt yox­dur. Be­lə hal­da da­nış­maq çə­tin­dir. Hə­min an baş ha­kim mə­su­liyyə­ti üzə­ri­nə götürmə­liy­di. Am­ma o bu­nu edə bil­mə­di. Qo­lun qay­da­lar çər­çi­və­sin­də vu­rul­duğu­nu bütün ko­man­da­mız tə­k­rar­layır­dı. Ha­kim qə­ra­rın­da qə­ti ol­du. Bəl­kə də be­lə ol­ma­lı idi.

- De­mək olar ki, 14 sa­niyə biz 1/16 fi­na­lın həy­əca­nı­nı ya­şa­dıq. Bu an­lar­da ha­mı düşünürdü ki, qol vur­mu­şuq və qa­lib "Qa­ra­bağ"dır.

- Bu sa­niy­ə­lər­də 1/16 fi­nal ha­q­da düşünmürdük. Ha­mı qə­lə­bə­ni fi­kir­lə­şir­di. Biz "İn­ter"ə qa­lib gəl­diy­i­miz üçün se­vi­nir­dik. Tə­əssüf ki, so­nra­dan hər şey dəy­iş­di. Biz çox üzüldük. Son olay­la­ra gö­rə to­par­lan­maq vaci­b­dir. Uzun müddət hə­min oy­un azar­keş­lə­rin və fut­bol­çu­la­rın yad­da­şın­da olacaq.

- Am­ma "Qa­ra­bağ" ta­ri­xi uğu­ra çox ya­xın idi. Növ­bə­ti mövsüm be­lə im­kan ol­maya bi­lər...

- Fut­bol­da hər bir nə­ticə mümkündür. Ha­kim qə­ra­rı qə­bul edib. İn­di bu ba­rə­də təh­lil apar­maq nə­ticə­siz­dir. UEFA ha­kim səh­vlə­ri­nə gö­rə nə­ticə­ni dəy­iş­mir. Fut­bol­çu­lar düşünə bi­lər ki, bu mər­hə­ləyə ye­nə gəl­məy­əcəy­ik. Am­ma unut­maq la­zım­dır. Yal­nız bu hal­da uğur­lu çı­xı­şı da­vam et­dir­mək olar.

- 2014-cü ili ümu­mi­lik­də "Qa­ra­bağ" üçün uğur­lu say­maq olar. Ba­şa ça­tan ili necə qiy­mət­lən­di­rir­si­niz?

- Məncə pis alın­ma­dı. Uzun fa­si­lə­dən so­nra "Qa­ra­bağ" çem­pi­on­luq se­vinci ya­şa­dı. Av­ro­li­qa­da əsas məq­səd qrup mər­hə­lə­si­nə və­si­qə qa­zan­maq idi. Se­vin­di­rici hal­dır ki, məq­sə­di­mə çat­dıq. Son oy­u­na ki­mə 116 fi­nal mər­hə­lə­si­nə ad­la­maq şan­sı­mız var idi. Şan­sı­mı­zı so­na qə­dər sax­la­maq yax­şı hal­dır. Çem­pi­o­nat­da da li­der­liyi da­vab et­di­ri­rik. Ko­man­da­mız fa­si­ləyə bi­rinci pil­lə­də yol­la­na bi­lər. Bu mə­na­da 2014-cü ili uğur­lu say­maq olar.

- Azər­baycan mil­li­si üçün bu ili uğur­lu say­maq ol­maz. Ye­ni se­ç­mə mər­hə­lə­də bütün oy­un­lar­da məğlub ol­mu­şuq...

- Mil­li üçün, həm müsbət, həm də mən­fi mə­qam­lar var. İl ər­zin­də yax­şı oy­un­la­rı­mız da var idi. Məğlu­biyyət də ol­du. Əsas odur ki, 2015-ci il uğur­lu ol­sun. Ye­ni baş məşqçiyə uğur ar­zu­layı­ram. Biz ha­mı­mız Azər­baycan mil­li­si­nin uğur qa­zan­ma­sı­nı is­təy­i­rik.

- Gə­ləcək­də Qur­ban Qur­ba­no­vu Azər­baycan mil­li­sin­də gör­mək im­ka­nı­mız olacaq?

- (gülür) "Qa­ra­bağ"da ol­duğum za­man da mil­li­nin uğur­la­rı üçün ça­lı­şı­rıq. Hər bir klu­bu­muz ça­lı­şır yığmaya ha­zır fut­bol­çu ver­sin. Ha­zır­da bütün fi­k­rim "Qa­ra­bağ"la bağlı­dır.

- "Qa­ra­bağ" bu uğur­la­rı 2015-ci il­də də da­vam et­di­rə bi­ləcək?

- Azar­keş­lər biz­dən hər za­man qə­lə­bə is­təy­ir. On­lar ba­şa düşür ki, qə­lə­bə qa­zan­mağa im­kan var və ona gö­rə be­lə tə­ləb irə­lis sürür. Bu il həm "Qa­ra­bağ", həm də "Neftçi" Av­ro­li­qa­da pley-offda çı­xış et­di. Bu hal öl­kə fut­bo­lu­nun irə­li­lə­diy­i­ni gö­s­tə­rir. Bu gün Azər­baycan Pre­zi­den­ti İl­ham Əliy­ev bi­zi də­s­tək­ləy­ir. İna­nı­ram ki, bu uğur­la­rı tə­k­rar­la­maq mümkündür. Da­ha da irə­li get­mək olar. Sa­dəcə, iş­lə­mək və çalışmaq lazımdır. Biz gərək bu ilki uğurları unudaq. Yeni mövsümdə də Azərbaycan çempionatı və avrokuboklar var. "Qarabağ" adi komanda deyil. Bu komandada işləmək böyük məsuliyyətdir.

 

Müəllif: Sənan ŞƏFİZADƏ