QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Türkiyə qələbəni əldən verdi

“Avro-2016”nın seçm mərhələsində V turun oyunları davam edir.

Milli komandamızın yer aldığı H qrupundan əlavə A və B qruplarında altı görüş keçirilib.

A qrupunda ilk oyununda Qazaxıstan İslandiyanı qəbul edib və rəqibinə 0:3 hesabı ilə uduzub. 

Uğursuz çıxışı ilə diqqət çəkən Türkiyə yığması səfərdə Hollandiyanın qonağı olub. Matçın 37-ci dəqiqəsində hesabı açan Fatih Terimin komandası oyuna əlavə olunmuş ikinci dəqiqədə qapısında qol görüb - 1:1.

Çexiya isə öz meydanında Latviya ilə qüvvəsini sınayıb. Bu görüşdə qalib müəyyənləşməyib - 1:1. 

B qrupunun lideri İsrail ikinci pillədə qərarlaşan Uels millisi ilə qarşılaşıb. Bu oyunda qonaqlar qələbə qazanıb - 0:3. Qrupun digər görüşlərində Bosniya və Hersoqovina səfərdə Andorraya 3:0 hesabı ilə qalib gəlib. Belçika isə Kipri 5 cavabsız qolla darmadağın edib - 5:0.