Qarabağ TV
TPL
UEL
Çempiona təbriklərim

"Qarabağ" ardıcıl ikinci çempionluğu rəsmiləşdirdi. Gözlənilən idi. Bu qələbə ürəyi koman-dayla birgə döyünən hər kəsin haqqı idi. Ağdamda, Bakıda, Mingəçevirdə, yaxud da Salyanda ya-şamasından asılı olmayaraq, hər bir azarkeş çempionluğun sevincini doyunca yaşamağı haqq edir. Hətta mövsümün ilk oyunundaca gələn texniki məğlubiyyətdən sonrakı uğursuz günlərdən sonra belə ağdamlıların çempionluğu kiməsə güzəştə getməyəcəyinə şübhə etmirdim. Çünki onlar sözün əsl mənasında Azərbaycanın ən yaxşısı olmağa layiq idilər. Həm azarkeşinə, həm öz işini yaxşı bilən baş məşqçisinə, həm də meydanda vahid komanda kimi görünməyi bacaran futbolçularına görə.

 

"Köhlən atlar"ın çempionluğu məhz "Sumqayıt"la oyundan sonra bayram etməsinin də rəmzi mə-nası vardı. Xatırlayırsızsa, ilk turda bu rəqiblə qarşılaşmadakı diqqətsizlik reqlamentin pozulmasına və ardından "Qarabağ"ın qələbəsinin əlindən alınmasına səbəb olmuşdu. Bu hadi-sədən sonra komandanın oyununda aşkar eniş də hiss olunurdu. "Tvente" ilə həyati önəmli qar-şılaşmaların keçirildiyi həmin günlərdə "Qarabağ" premyer-liqanın ilk 4 turunda qələbəyə həsrət qaldı. Şüvəlanda 3 cavabsız qolla gələn 3 xal həyəcanlanmaq üçün ciddi səbəb olmadı-ğına işarəydi. Avroliqanın qrupunda gözləniləndən də uğurlu çıxış edən "köhlən atlar" his-solunan fiziki yorğunluğa və psixoloji gərginliyə baxmayaraq, lider kimi görüntüsünü heç vaxt zədələmədi. Konkret hansısa mərhələdə "Qarabağ"ın "qara zolağa düşdüyünü", "iki cəbhə-də" mübarizə aparmağın komandanı gücdən saldığını iddia etmək mümkün deyil. Fransadan dö-nərkən komandanı gətirən təyyarənin Bakıya yox, Qəbələyə enməsi zərgər dəqiqliyi ilə hesab-lanmış strateji planın tərkib hissəsiydi. Halbuki həmin məqamda Qurban Qurbanov komanda-nın əsas üzvlərinə Bakıda istirahət verə, Zaqatalaya gənclərdən qurulmuş heyəti köməkçilə-rindən birinin rəhbərliyi altında göndərə bilərdi. Bu məqam onu düşünməyə əsas verirdi ki, ən gərgin və yorucu məqamlarda belə ölkə çempionatı Qurban bəy üçün əhəmiyyətini itirmədi. Milan "İnter"i ilə Bakıdakı unudulmaz qarşılaşmadan cəmi 3 gün sonra "Qəbələ"yə uduzmaq isə daha çox komandakı ruh düşkünlüyünün, Zelinkanın cinayətə bənzər səhvinin fəsadlarının əlaməti sayılmalıdı. Təsadüfi deyil ki, Qəbələdən qayıtdıqdan sonra Lənkərana yollanan "köhlən atlar" meydan sahibləri üçün "ölüm-qalım savaşı" sayılan qarşılaşmadan qələbəylə ayrılmağı bacardı. Həmin oyun "Qarabağ" üçün yetərincə həssas günlərə təsadüf etdi. Zelinka-nın səhvi Ağdam təmsilçisini bir andaca bütün Azərbaycanın sevimlisinə çevirmişdi, hətta ölkəmizin hüdudlarından kənarda belə "Qarabağ"ın sayılmayan qolunun müzakirəsi gedirdi. Bütün bunların fonunda isə komanda ölkə prezidentinin qəbuluna dəvət olundu. Yaşananların futbolçularda ikili hisslər yaratması, eyforiyanın işartılarının özünü göstərməsi çox təhlükəli idi. Qurbanov bu əngəli aşmağı, "köhlən atlar"ı büdrəməkdən xilas etməyi bacardı.

 

 

Qış fasiləsində keçirilən yoxlama oyunlarında qeydə alınan uğursuz nəticələr, Emeqaranın müəmmalı gedişi, gözlənilən transferlərin reallaşmaması "Qarabağ"a könül verən azarkeş-ləri xeyli həyəcanlandırmışdı. Komandanın real gücünü və heyətdə rotasiya etməyə imkan verən alternativlərin varlığını nəzərə alan idman mətbuatı da ardıcıl 2-ci dəfə çempion olmağın "Qarabağ"a asan başa gəlməyəcəyini proqnozlaşdırırdı. Amma bədbin proqnozlar özü-nü doğrultmadı. Çətin məqamlarda Reynaldo yükü üzərinə götürdü. O susanda Leroy Corc səhnə-yə çıxdı, vacib qollarla "Qarabağ"ın büdrəməsinə imkan vermədi. Əlbəttə, bu məqamda "İnter"lə "Neftçi"nin maddi çətinliklərdən doğan qeyri-sabit oyunu, Qriqorçukun gəlişindən sonra "Qə-bələ"nin öz oyununu gec tapması unudulmamalıdı. Müəyyən mənada bu məqamlar "köhlən at-lar"ın qızıl medallara gedən yolunu asanlaşdırdı. Lakin bütün bunlar "Qarabağ"ın çempion-luğunun üzərinə kölgə sala bilməz. Qurban Qurbanov və komandası zirvəyə layiq idi. Şehiçli, Corclu, Reynaldolu, Cavidli, İlqarlı komanda meydanda sərgilədiyi oyun, qazandığı nəticə-lər ilə ən yaxşı olduğunu çoxdan sübut etmişdi. Təbriklər, "Qarabağ". Əsl iş bundan sonra baş-layır. Avrokuboklarda yarımçıq qalmış yolumuzu davam etdirməli, Platiniyə və onun başçı-lıq etdiyi UEFA-ya əsl "Qarabağ"ın gücünü göstərmələyik! Yorulmayasız!