QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Arda Turan rəsmən "Barselona"da!

"Barselona" "Atletiko"nun yarımmüdafiəçisi Arda Turanın transferini rəsmiləşdirib.

Klubun rəsmi saytına istinadən, türkiyəli futbolçu Kataloniya təmsilçisi ilə 5 illik müqavilə imzalayıb.

"Barselona" bu transfer üçün "Atletiko"ya 34 milyon avro ödəyəcək. Lakin "Barselona" gələn mövsüm La Liqanın qalibi olarsa və Çempionlar Liqasında ən azı 1/4 finala qədər irəliləyərsə, o zaman Kataloniya təmsilçisi Arda üçün daha 7 milyon avro ödəməli olacaq. 

Ardanın transferi ilə bağlı danışan meneceri Əhməd Bulut bunları deyib: "Beş illik müqaviləyə imza atdıq. Təzminat 41 milyon avro olacaq. Arda çox xoşbəxtdir. Bu, hər futbolçuya nəsib olmaz. Ardanın transferi Türkiyə futbolu üçün böyük uğurdur. Onun "Barselona"ya transferi üçün ay yarım idi ki, görüşlər keçirirdim. Pul məsələsində heç bir problem olmadı. Bu həftə imza mərasimi olacaq".

Qeyd edək ki, 2011-ci ildə 13 milyon avro müqabilində "Qalatasaray"dan "Atletiko"ya transfer olunan Arda Madrid təmsilçisində keçirdiyi 127 oyunda 13 qol vurub.