Qarabağ TV
TPL
UEL
Türkiyə 8 il sonra...

“Avro-2016”nın seçmə mərhələsinə yekun vurulub. A qrupunda Türkiyə millisi evdə İslandiyanı qəbul edib. Fatih Terimin komandası bu görüşdə qalib gələcəyi təqdirdə Avropa çempionatının final mərhələsinə vəsiqə verən pley-off oyunlarına qatılmaq şansı qazanacaqdı.

Lakin "ay ulduzlu" komanda bundan artığını bacarıb. Doğma meydanında İslandiyanı 1:0 hesabı ilə məğlub edən Türkiyə yığması ən yaxşı qrup üçüncüsü kimi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Bu qrupda keçirilən digər matçda Qazaxıstanın səfərdə Latviyanı 1:0 hesabı ilə məğlub etməsi türklərin ən yaxşı qrup üçüncüsü olmasına şərait yaradıb.

Hollandiya millisi isə evdə Çexiyaya uduzaraq Avropa çempionatının final mərhələsindən kənarda qalıb.

Qeyd edək ki , Türkiyə millisi sonuncu dəfə 2008-ci ildə Avropa çempionatının final mərhələsində iştirak etmişdi.