QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qurban Qurbanov: "Bu gün futbolçularımın istəkli olması vacib idi"

Bu gün ölkə kubokunun 1/4 final mərhələsinin cavab matçında "Qarabağ"ımız səfərdə "Sumqayıt"ı 5:2 hesabıyla məğlub edərək yarımfinala vəsiqəni təmin edib. Baş məşqçimiz Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

"Maraqlı oyun oldu, bu gün futbolçularımın istəkli olması vacib idi, bu oyunda da istək daha çox idi. Rəqib də ilk dəqiqələrdən yaxşı mübarizə apardı. Futbolçularıma təşəkkür edirəm, ağır bir ili birlikdə geridə qoyduq. Bu il bizim üçün təcrübə ili oldu. Sonda hər birinizə xoş istirahətlər arzulayıram".