Qarabağ TV
TPL
UEL
"Qarabağ"ımız "Şkenderbeu"yla qarşılaşacaq

"Qarabağ"ımız sabahdan etibarən Türkiyənin Antalya şəhərində qış təlim-məşq toplanışına start verəcək. Komandamız təlim-məşq toplanışında ilk yoxlama oyununu yanvarın 15-də keçirəcək.

 

"Qarabağ"ımızın ilk yoxlama oyununda Türkmənistanın "Aşqabad" klubu ilə qarşılaşacağı planlaşdırılsa da, Türkmənistan klubunun Antalyaya gələcəyi sual altına düşüb. Bu səbəbdən komandamız yanvarın 15-i Albaniyanın ən titullu klublarından biri olan "Şkenderbeu" ilə qarşılaşacaq.