QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Qarabağ"ımız qış təlim-məşq toplanışına başlayır

"Qarabağ"ımız bu gündən etibarən 2016/17 mövsümünün III dövrənin hazırlıqlarına başlayır. Komandamızın heyəti səhər saatlarında Bakı-İstanbul-Antalya reysi ilə Türkiyəyə yola düşüb. Futbolçularımız təlim-məşq toplanışı zamanı "IC Santaı" otelində məskunlaşacaq.

 

"Qarabağ"ımız qış təlim-məşq toplanışı müddətində dörd yoxlama oyunu keçirəcək. Yoxlama oyunlarının keçirilmə tarixi məlumdur. Komandamız yanvarın 15-də Albaniyanın "Şkenderbeu", yanvarın 18-i "Styaua" (Rumıniya), yanvarın 22-si ilk olaraq Qazaxıstanın "Atırau", daha sonra isə Polşanın "Termalitsa" klubu ilə qarşılaşacaq.

 

Komandamızın hazırlığı ilə bağlı yenlikləri müntəzəm olaraq saytımızdan və rəsmi facebook səhifəmizdən izləyə bilərsiz.