QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Qarabağ"ımız ikinci gündə ilk məşqinə çıxdı

"Qarabağ"ımız Antalyada təlim-məşq toplanışını davam etdirir. Komandamız toplanışın ikinci günündə səhər məşqinə çıxıb. Günün ilk çalışması fitnes zalında baş tutub. Futbolçularımız trenajor çalışmaları və fiziki hazırlıqla məşqi təmamlayıb. Səhər məşqi təxminən 1 saat davam edib.