QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qurban Qurbanov: "Ağabala Ramazanov xarakter və əzmkarlığı ilə seçilən futbolçulardandır"

"Qarabağ"ımız milli komandamızın hücumçusu Ağabala Ramazanovu transfer edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov bu keçidlə bağlı öz fikirlərini klubun rəsmi saytına açıqlamasında bildirib:

 

"Gənc və istedadlı futbolçudur, məğlub olmağı sevmir. Onun oyun üslubu komandamızın hücumlarına əlavə sürət və güc qatacaq. Əminəm ki, Ağabala Ramazanov bizdə oynadığı müddətdə öz ustalığını artırmaq üçün şans qazanacaq. Ağabala hər zaman xarakter və əzmkarlığı ilə seçilən futbolçulardandır. Ümumilikdə komandamızın oyun üslubuna uyğun gələn futbolçudur".