QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Antalya kamp gündəliyi - 3 FOTOLAR

“Qarabağ”ımız Antalyada hazırlığını davam etdirir. Təlim-məşq toplanışında olan komandamız hazırlığın üçüncü günündə bir məşqlə kifayətlənib. Axşam saatlarında başlayan məşq fiziki təmrin və toplu çalışmalara həsr olunub. Təxminən 1 saat 30 dəqiqə davam edən məşq zamanı komandamızın üzvləri kross qaçış, daha sonra isə topla müxtəlif hərəkətləri yerinə yetiriblər.