Qarabağ TV
TPL
UEL
Dünən bir, bu gün iki məşqlə

Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ"ımız hazırlığın dördüncü gününü - dünəni bir məşqlə başa vurub. Bu gün isə komandamız yerli vaxtla 11:00-da (Bakı vaxtıyla 12:00) günün ilk hazırlığını reallaşdırıb.Məşq təxminən 1 saat 40 dəqiqə davam edib və hazırlıqda fiziki çalışmalara üstünlük verilib. Günün ikinci məşqi isə axşam saat 17:00-da (Bakı vaxtıyla 18:00) start götürəcək.