QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Qarabağ"ımız toplanışın altıncı gününə fitnesdə başladı

“Qarabağ”ımız Antalyada qış təlim-məşq toplanışını davam etdirir. Hazırlığın altıncı günündə meydançada iki məşq nəzərdə tutulmuşdu. Lakin bu gün Antalyada kəskin hava şəraiti ilə əlaqədar olaraq komandamız ilk məşqini fitnes zalında keçirib. Komandamızın trenajor məşqləri təxminən 1 saat davam edib.