Qarabağ TV
TPL
UEL
Kamp gündəliyi - 6 FOTOLAR+VİDEO

“Qarabağ”ımız Antalyada qış təlim-məşq toplanışını davam etdirir. Hazırlığın altıncı günündə komandamız iki məşqlə kifayətlənib. İlk məşqin meydançada keçirilməsi nəzərdə tutulsa da, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar ilk hazırlıq fitnes zalında baş tutduğu barədə xəbər vermişdik. Günün ikinci məşqi isə yerli vaxtla 17:00-da (Bakı vaxtıyla 18:00) hava şəraitinə baxmayaraq, meydançada start götürüb. Təxminən 1 saat 30 dəqiqə davam edən məşq zamanı komandamızın üzvləri topla müxtəlif hərəkətləri yerinə yetiriblər. İki futbolçumuz – Reynaldo Silva və Elşən Abdullayev fizioterapivt nəzarəti altında məşqlərini davam etdirib.

 

Qeyd edək ki, komandamızın sabah üçün bir məşqi nəzərdə tutulub.