Qarabağ TV
TPL
UEL
"Qarabağ"ımız günü tək məşqlə tamamladı

“Qarabağ”ımız Antalyada qış təlim-məşq toplanışını davam etdirir. Hazırlığın yeddinci günündə komandamız bir məşqlə kifayətlənib. Təxminən 1 saat 30 dəqiqə davam edən məşq zamanı komandamızın üzvləri topla müxtəlif hərəkətləri yerinə yetiriblər. İki futbolçumuz – Reynaldo Silva və Elşən Abdullayev fizioterapivt nəzarəti altında məşqlərini davam etdirib.

 

Qeyd edək ki, komandamızın sabah üçün iki məşqi nəzərdə tutulub.