QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qoca və cavan...

Ruslan Məmmədli

 

Qoca və cavan...

 

Həftəsonu İtaliyanın ən böyük derbisi baş tutdu. Başqa sözlə desək cari A seriyasının müqəddəratı bəlli oldu. Deyə bilərsiz ki, Mourinyo demiş hələ qabaqda toplanmalı olan 40-dan çox xal var. Amma bu gözə kül üfürməyə bənzəyir və ən azından real güc baxımından `İnter`i çempion `dosrocnı` elan etməyə haqqımız var.

Belə. `İnter` - `Milan`  dueli öncəsi fərqli söhbətlər dolaşırdı. Son 4-ilin çempionu `İnter`in son maclarda xal itirməsi fonunda ümumi rəydə formalşamış `Milan`ın fantastik forma yığmasının nə ilə nəticələnməsi maraq doğururdu. `Milan`ın qələbəsi fonunda xalların bərabərləşəcəyi durumun olması əlavə intriqa yaradacaqdı.

Amma bu oyun göstərdi ki, Milan şəhərinin 2 əzəmətli komandası `İnter`in ən azından bu gün hegemonluğunu bir mənalı qəbul etməlidi. Söhbət sadəcə oyun mübarizəsindən getmir. İcazənizlə, derbiyə bir neçə aspektdən yanaşmağa çalışaq. Və bu zaman `İnter`in haqlı olaraq ardıcıl 5-ci dəfəskudettoya sahib çıxmağa layiq oldğunuq eyd edək.

1. Məşqçi. `Milan`ın mövsüm öncəsi Leonardonun seçməsi çempionatın startında yanlış seçimi isbatlasa da, son dönəmdə qazanılan uğurlu nəticlərə Leonardonun başının altına yastıq `qoymuşdu`. Amma bir az diqqətli nəzər yetirildiyi zaman `Milan`ın son təmtəraqlı uğurlarına baxmayaraq daim müdafiəsində xroniki səhvlərin qeydə alındığı və bunun da nə zaman partlayacağı bəlli idi. Gözlənilən oldu. Rəqibini yaxşı `oxuyan` `İnter`in çalışdırıcısı Mourinyonun lazımı `iş`i öz bəhrəsini verdi. Və sonradan portəgizin dediyi kimi `İnter` `Milan`a sadəcə 6 nəfər qalsaydı məğlub olardı deməsi sadə amma  dəqiq həqiqəti göstərir. `Milan`ın 9 nəfər qalan rəqibinə qol vura bilməməsində baş məşqçisinin az günahı yoxdur. Axı onun rəqibin müdafiəsinə `açar` tapa bilməməsi braziliyalının `aktivinə` yazmaq lazımdır. Mourinyo gedişləriylə `Milan`a çıxış vermədi. Leonardo isə...Bu Boryelloda nə görübsə, heç kim bilmir. Məni qınaya bilərsiz ki, Marko hər oyun qol vurur.  Amma nə olsun? Bu sitemdə yəni, tək forvardlı məqamda Ronaldinyo, Pirlo, Bekhem kimi assistant lar olan komanda da hücumçu qol vurmalıdır  ya yox? Amma, Huntelar kimi son vuruşu daha yaxşı, top saxlaya bilən futbolçu kənarda qalır. Üstəlik, oyunu uduzursan və rəqibi yara bilmirsən. Amma dəyişiklik etməyi fikirləşmirsən. Oyun göstərdi ki, Leoanrdo portəgiz həmkarından hələ çox planda geri qalır.

2. Heyət. Düzdü, bu çox söylənilib. Amma bəhs etdiyimiz oyun həqiqətən də `Milan`da köklü dəyişikliyə ehtiyac olduğunu göstərdi. `Milan`ın müdafiənin mərkəzində yaşının çoxluğu bilinməyən Favalliyə etibar etməsi əsl faicədir. `Milan` ın əksər futbolçuları 30- vurub keçib. `İnter`də isə `30`-dan altda qalnlar çoxdur. Təcrübə? Güc olmayan yerdə nə təcrübə, qardaşım.  Qaçmaq, vuruşmaq üçün taqət lazımdır. Oyunda onu göstərdi ki,  press, təzyiqə ehtiyac olan yerdə `Milan`ın qocalarının taqəti qalmamışdı. `İnter`in `təcrübəsiz` cavanları isə azlıqda qalmasına baxmayaraq `qoca`lara `cavanlıq`larını yadlarına saldılar.

3. Aclıq. `Milan`ın sabit və stabil heyəti mümkün olan bütün uğurları qazanıb. Daxili birinclikdən  tutmuş fərqli  beynəlxalq turnirlərə qədər. Hətta son DÇ-nin qalibi olan İtaliya millisinin heyətindən ən çox `Milan`lı var. Deyə bilərsiz ki, `İnter` də son 4 il çempionluğu heç kimə təhvil vermir. Amma yenə də qeyd etdiymiz kimi, bu gənc komandanın ən azı ambsiyası var gələcək üçün. `Milan` isə ömrünü tapşırmağı gözləyir.