Qarabağ TV
TPL
UEL
`Qarabağ`ın heyətində `qızıl dubl` etmək arzusundayam.

Georgi Adamiya Azərbaycana gəlmiş ən səviyyəli legionerlərdən sayılır. Qışda `Qarabağ`ımızın sıralarına qoşularaq yeni uğurlar qazanmaq istədiyini göstərdi. Gürcü yarımmüdafiəçi `Futbol+` qəzetinə `Qarabağ` haqqında perspektivlərindən danışıb. 

 

Qışda "Qarabağ"a qoşulan Georgi Adamiya Quzanlıda "Xəzər Lənkəran"a qarşı blkə kubokunun 1/4 final mərhələsinin ilk  matçında debüt etdi. Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsiylə bi-tən görüşün ikinci yarısında meydanda olan gürcü futbolçu yaxşı təsir bağışlamadı. Vaqif Cavadovun "yerini doldurmaq" üçün transfer edilən Adamiya yalnız qarşılaşmanın son dəqiqə-lərində əlinə düşən real qol imkanını boşa verməklə yadda qaldı. Dünən söhbətləşdiyimiz hücumameylli yarımmüdafiəçi "Bakı" - "Qarabağ" matçından öncə bu qarşılaşma haqda ondan heç nə soruşmamağımızı xahiş etdi. Georginin xahişini nəzərə alıb digər suallarımızı ün-vanladıq.

- Yeni komandana uyğunlaşa bilmisən?

- Hər şey əladı. Komandanın oyun üslubu ürəyimcədi, mehriban kollektivimiz var. "Qarabağ"ın heyətində top qovan futbolçuların çoxunu əvvəldən tanıyırdım. Gələn gündən özümü yad mühit-də hiss etmirdim. Belədə uyğunlaşma prosesi vaxt aparmadı.

- "Qarabağ" ölkə futbol ictimaiyyətində kollektiv ruha sahib klub kimi tanınır. Sən necə, bu özəlliyi duyursan?

- Fərqli ruh hiss olunur. Oyuna çıxanda hamı sözün əsl mənasında çiyin-çiyinə mübarizəyə başladığını dərk edir. Sanki hər kəs komanda yoldaşının zəhmətini yerə vurmamaq üçün oyna-yır. Futbolçular ayrı-ayrılıqda yükün ən ağır hissəsini çiyinlərinə götürməyi qarşısına məqsəd qoyur. Bu fakt uğurlara öz töhfəsini verir.

- Zədən tam sağalıb?

- Ağrılarım keçib. Sağlıq durumumda ciddi problem yoxdu. Bu elə bir zədədi ki, gərək müəyyən müddət nəzarətdə saxlayasan. Belə də edirəm.

- Nəhayət, rəsmi matçda debüt etdin. Öz oyunun xoşuna gəldi? Səncə, ikinci yarıda meydanda olan əsl Adamiya idi?

- Əsl olmağına şübhəniz olmasın (gülür). Bəli, sol cinahda ikinci yarıda top qovan mən idim. Sərgilədiyim futbola gəlincə, bu "Qarabağ"ın heyətində debüt matçım idi. Son bir ayda, demək olar ki, məşq etməmişəm. Kollektiv çalışmalara 10 gün öncə qoşulmuşam. Məncə, müəyyən vaxta ehtiyac var. Zamanla əvvəlki formamı qaytaracağıma inanıram.

- Qarşılaşmanın sonlarında əlverişli qol vəziyyətini boşa verdin. Elvin Məmmədovun ideal ötürməsini tora qovuşdurmağına nə mane oldu?

- Doğrudan da real qol fürsətini qaçırdım. Elvinin ötürməsinə söz ola bilməzdi. O hər şeyi yüksək səviyyədə etmişdi. Əslində topu qəbul edəndə onu qapıdan keçirəcəyimi düşündüm. Eti-raf edim ki, zərbəni bərbad endirdim. Səhv mənimdi və bunu inkar etmirəm. Amma unutmayaq ki, futbolda belə hallar olur. Çalışıb qarşıdakı görüşlərdə bunu bir daha təkrarlamamalıyam.

- "Xəzər Lənkəran"ı 2:1 hesabıyla məğlub etdiz. Cavab qarşılaşmasından nə gözləyirsən?

- Çox ağır görüşə çıxacağıq. Rəqib Quzanlıda məğlub olub. Lənkəranda mütləq ardıcıl hücumlar reallşdırıb hesabı açmağa çalışacaqlar. Axı onları ancaq qələbə qane edir. Biz isə ilk növbə-də qarşı tərəfin hücumlarını zərərsizləşdirməli və iki oyunun nəticəsinə şörə növbəti mər-hələyə adlayan tərəf olmaq üçün planlarımızı həyata keçirməliyik. Lənkəranda oynamaq istə-nilən komanda üçün həmişə çətindi. Texnikalı və sürətli kollektivdi. Azarkeş amilini də nəzə-rə almalıyıq. Bir sözlə, istənilən halda ehtiyatı əldən verməməliyik.

- "Qarabağ"ın azarkeşləri necə, Quzanlıdakı oyunların gedişində komandaya istənilən səviyyə-də dəstək verə bilir?

- Əlbəttə, durmadan "Qarabağ"ı uğura səsləyirlər. Bu da futbolçuların çıxışına təsirsiz ötüş-mür. Əbəs yerə deməyiblər ki, tərəfdar "12-ci oyunçudu". Azarkeşlər coşğulu olanda, bu, meydan-dakı futbolçulara əlavə enerji və həvəs verir. Təəssüf ki, Azərbaycan çempionatında azarkeş problemi var. Bölgələrdə keçirilən matçlara normal sayda tamaşaçı gəlsə də, paytaxtda baş tu-tan oyunlar zamanı fərqli mənzərə ilə qarşılaşırıq.

- "Qarabağ"ın mövsümü hansı nəticə ilə bitirəcəyini proqnozlaşdırırsan?

- Mən maksimuma köklənmişəm. "Altılıq"dakı mövqeyimiz nikbin düşüncələrə əsas verir. Biz həfədələrimiz uğrunda çalışacağıq. Çıxış etdiyim bütün klublarda ən yaxşısına ümid etmi-şəm. "Qarabağ"ın heyətində "qızıl dubl" etmək arzusundayam. Necə olacağını isə zaman göstərə-cək.

- Yayda Avropa ölkələrindən birinin çempionatına üz tutacağını planlaşdırmışdın. Fikrini dəyişməmisən?

- Hələ ki mövsümün ortalarıdı. İndidən bu haqda danışmaq düzgün olmaz. Açığı, bilmirəm. Bu da var ki, köhnə ideyaları yeniləyəcəyimi də istisna etmirəm (gülür).

- Uzun müddətdi Azərbaycandasan. Hətta buranın vətəndaşlığını da daşıyırsan. Özünü prem-yer-liqada legioner sayırsan?

- Bakı hər gün dəyişir. Şəhər gündən-günə gözəlləşir. Bəli, Azərbaycan vəəndaşlığım var. Özümü legioner saymıram. Söhbət pasportdan getmir. Buralar mənə, ümumiyyətlə, yad deyil. Yerli mühitə uyğunlaşmışam, insanlarla, özəlliklə futbol ictimaiyyətinin nümayəndələriy-lə xoş münasibətim var.

- Yaxşı, burda olduğun müddətdə Azərbaycan dilini öyrənə bilmisən?

- Danışa bilməsəm də, müəyyən dərəcədə başa düşürəm. Danışa bilməməyim isə səbəbsiz deyil. İndiyə qədər Azərbaycanda çıxış etdiyim klublarda daha çox rus dilindən istifadə olunub. Ona görə də öyrənmək şansım böyük olmayıb. "Qarabağ"ın düşərgəsində isə Azərbaycan dilinə üs-tünlük verilir. Deməli, bu yöndə irəliləyişə nail olmaq imkanı yaranıb.

- Ailən yanındadı?

- Ailəm Bakıya gəlib-gedir. İndi Gürcüstandadılar. Ev oyunlarımızı Quzanlıda keçirdiyimizə görə hər gün Bakıda ola bilmirəm. Üstəlik, rayonlara da səfər matçlarına yollanırıq. Baxın, ilk "altılıq"da paytaxtda cəmi üç görüş keçirəcəyik. Ailəm bura gəlsə, gərək 2-3 günə geri qayı-da. Ona görə də onları indi bura gətirmək sərfəli variant deyil.