QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Saraqosa, Turin və Paris...

Çempionlar Liqasının finalçıları məlum olub. Hər halda, mövsümün startında hər nə qədər `Bavariya` və `İnter` Avropanın güclülüərindən sayılsa da, bu klubların dünyanın ən nüfuzlu turnirinin finalına çıxacağı gözlənilən deyildi. Heç almanların sonuncu dəfə 9 il bundan qabaq ÇL fialına çıxması, italyanların da 38 ildi ÇK-ya həsrət qalması da vacib deyildi. Məsələyə fərqli prizmalardan yanaşdığımız zaman ortaya çıxan mənzərə ən azından `hegemon` ifadəsinin birmənalı olaraq  meydana çıxmadan qələbə qazana bilməyəcəyini göstərdi.

Şübhəsiz, `İnter`in ÇL-də həlledici matça çıxmsında ən böyük amil demək olar ki, dünyada dahi məşqçi olmasına heç kimin şübhə yeri qoymadığı Joze Mourinyo oldu. Don Joze `ev oyunlar`ında 135 oyun məğlub olmamaqla (`Portu`,` Çelsi`, `İnter`) inikal rekorda sahib olmaqla yanaşı xarizması ilə də 1 nömrə olduğunu artıqlamasıyla sübut edib. Bu cütdə toxunacağm əsas məsələ `Barsa` ilə yarımfinalda baş tutumuş qarşılaşmalarda hakim şouları idi. Düzdü, hər kəs italyanların ispanları 3:1 yendiyi matçda vurulan 3-cü qolda Militonun ofsayda olduğunu gördü. Amma buna görə zaman-zaman haqqında hakim barmağı ilə qazandığı nəticələrlə gündəmə gələn katalonların elə yarımfinalda `Çelsi`ni sıradan çıxardığını necə unutdular? Mourinyonun dahiliyini sübut edəcək 2 məqam: 1. Oyunöncəsi verdiyi açıqlamada `Barsa`nın hakimə təzyiq edəcəyini və hakimi buna hazır olmağa çağırması – Hər halda Busketin aktyorluğu nəticəsində `İnter`in 1 saat azlıqda qalması göstərdi ki, portəgizin ehtimalı düz çıxsa da, tövsiyyəsi boşa gedib. 2. Buna rəğmən hər şeyə hazırlıqlı olmaq və `Barsa` kimi dünyanın ən baxımlı futbol oynayan komandasına 1 saat ərzində qol imkanı verməmək. Joze artıq buna hazır idi...

O ki, qaldı `İnter`ın `qara` futbol oynamasına. Belə qeyri-ciddi fikirlər sırf azarkeş yanğısından başqa bir şey deyil. Başa dümürəm, 10 nəfərlə `Barsa`ya qarşı üstəlik hesabda da öndəykən `İnter` `Pirr` damarı tutmalıydı? Əgər `Barsa` elə güclüydüsə elə `praqmatik` futbolun da açarını tapardılar. Həmin bu praqmatik futbol ən baxımlı komandaya 3 top vurubsa əlahəzrət nəticənin hər kəsin ağası olduğunu unutmaq lazım deyil.

İndisə `Bavariya`ya keçək. Hələ yayda Lui Van Qalın Almaniyanın ən titullu klubuna gətirilməsi  ürəkləri `qızdırmamışdı`. Düzdü, holland Münhen `Az Alkmar`ı uzun müddətdən sonra çempion edərək gəlmişdi. Amma `Bavariya`nın tam fərqli, xüsuslilə rəhbərliyin futbolun içindən çıxıdığına görə baş məşqçinin işinə müdaxiləsinin zaman-zaman şahidi olduğumuza görə bir qədər despot olan Luinin işinin asan olmayacağı gözlənilirdi. Qış fasiləsinə kimi elə ehtimallar doğrulurdu. 59 yaşlı mütəxəssis özü də qovulmanın an zamanı olduğunu ifadə etmişdi. İş orasındaydl ki, `Bavariya`nın ÇL-in qrup mərhələsindəki son oyunda `Yuventus`la mütləq səfərdə qələbə qazanmalıydı ki, play-offa vəsiqə qazansın. Üstəlik, həmin oyunda italyanlar hesabı açmışdılar da. Amma yenə kritik məqamda toparlanan `Bavariya`  düz 4 (!!!) vuraraq play-offa vəsiqə qazandı..

Burda bir balaca haşiyəyə çıxmaq istərdim. Çox illik futbol stajına malik azarkeşlər yəqin xatırlayırlar ki,  Lui 1997-ci ildə `Barselona`ya gəldikdə komanda ilk zamanlar qənaətbəxş olmayan oyun sərgiləyirdi. Uğursuz oyunlar seriyası pik həddinə `Saraqosa` ilə `ev oyunu`nda çatdı. Sarqosalıların öə keçməsinin ardından azarkeşlər `istefa` anlamına gələn ağ yaylıqları yelləməyə başladı. Elə nə oldusa o  andan sonra oldu. Van Qalın göz yaşları futbolçuların heysiyyat `damar`ını oyatdı. Həmin oyunda 5 qol vuran komanda bununla da çıxışa keçdi və sonda açıq ara fərqlə İspaniya çempionu oldular. Turin və Barselonadakı olayların arasındakı oxşarlıq bəlkə də eyniyyət insanı düşündürməyə bilmir. Düzdü, almanlar artıq bundesliqada çempionluğu qazanıb. Mayın 22-sində Parisdə baş tutacaq final isə çox güman Van Qalın karyerasının pik nöqtəsi olacaq. Düzdü, buna qədər 1995-ci ildə `Ayaks`ın başında çalışıdırıcı bu titulu qazanıb. Amma bu dəfə ki, kubokun hollandın özünəinam və özünü təsdiqin 2-ci damğası olacaq. Mayın 22-sinə isə çox qalmayıb.