Qarabağ TV
TPL
UEL
`Əsas məqsədimizlə yanaşı çempion olmaq 2 qat sevinclidir`...

`Qarabağ`ımızın əvəzedici heyəti heç şübhəsiz ölkəmizin ən güclülərindədi. Hər halda, bu gün ən gənc heyətə malik olan `Qarabağ`ın `alt yapı`sından əsas komandaya yüksələn Maksim, Əfran, Rauf və başqaları buna əyani sübutdur. Ötən mövsüm çempionluğu son anda əldən verən əvəzəedicilər bu mövsüm şansını qaçırmadı. Heç şübhəsiz komandanın baş məşqçisi Elşad Xudadatovun çempionluq yolunda danışıqları maraqlıdı. 45 yaşlı mütəxəssis saytımıza təəssüratlarını bölüşüb.

-         Elşad müəllim, ilk öncə çempion olmasnıza görə təbrikləri qəbul edin.

-         Çox sağ  olun. Minnətdaram.

-         Bu turda çempion olacağınızı gözləyirdiniz?

-         Əslində çoxdan gözləyirdim (gülür). Təbii ki, ilk `6`lıqda durum elədi ki,bütün nəticələrin qeydə alınması mümkündür. Komandaların səviyyələrinin bir-birinə yaxın olması fərqli hesabların qeydə alınmasını göstərir. `Muğan`a məğlubiyyətmizi bu aspektdən dəyərləndirə bilərəm. Düzdü, uduzmağımızda əsas səbəb kimi futbolçularımızda bir qədər `yanma`ları oldu. Bilirdilər ki, qələbə qazanacaqları halda çempion olacaqlar. Ona görə normal oyunumuzu göstərə bilmədik. Amma etiraf etmək lazımdır ki, `Neftçi` `İnter`i məğlub edəcək gücdə olmasına şübhəmiz yox idi.

-         Geridə qalan bir il ərzində çempionluq yoluna nəzər salarkən nələri xatırlayırsınız?

-         Bilirsiz, bizim əsas işimiz əsas komandaya futbolçu yetişdirməkdir. Sevinirəm ki, indi əsas millidə oynayan Əfran, Maksim, Rauf kimi yetişdirmələrimiz var. Adı çəkilənlərin 15 yaşından tanıyıram. Geriyə boylandığın zaman çətin amma bəhrəsini gördüyün işin olması sevindiricidi. Biz bir sistem halında işləyirik. Məşqçilər korpusunda olan Yaşar Hüseynov, Səttar Əliyev, Ənvər Axundovla `Qarabağ`ın hələ Ağdamda olduğu vaxtlarda birgə oynamışıq. Hamımızın bir məqsədi var: `Qarabağ`a layiqli şəkildə xidmət etmək.  İndi əsas məqsədimizlə yanaşı çempionluğun da gəlməsi  2 qat sevindiricidi.

-         Hər halda ötən mövsüm gümüş, bu il isə qızıl medal yüksələn inkişaf deməkdi

-         Hə. Bu il məni daha çox sevindirən sağlam rəqabət şəklində qalib olmağımızdı. Bu il həqiqətən maraqlı çempionat baş tutdu. Ötən mövsüm sadəcə `Neftçi`ylə mübarizə aparırdıqsa, bu il hətta ilk `6`-lığa düşməyən komandalar vardı ki, çox ciddi potensialı vardı.

-         Qış fasiləsində komandanızda ciddi dəyişiklik  oldu. Belə də  xoşbəxt sonluğa nail olmaq asan olmamalıdı.

-         Bəli. Bilirisiz yenə də qeyd edirəm. Bizim əsas hədəfimiz əsas komandaya futbolçu verməkdi. Çempionluq heç də bir nömrəli hədəf olmayıb.  Qışda 1987,1988 və 1989-cu il təvəllüdlü futbolçularla yollarımızı ayırdıq. İndi o futbolçular bizdə olsaydı çoxdan çempion olmuşduq. Amma əgər bu futbolçular əsas komandamıza uyğun gəlmirdilərsə, onların saxlamağın heç bir əhəmiyyəti yox idi. 13 futbolçuyla yollarımızı ayırdıq. Əvəzində perspektiv vəd edən 1992-1993-cü il təvəllüdlü futbolçuları dəvət etdik. Demək olar ki, yenidən komanda yaratdıq. Təzə gələnlər həqiqətən əllərindən gələni etdilər. Onlardan hardasa 70 faiz razıyam.

-         Gələcək planlarınız nədən ibarətdir?

-         Bizim tək məqsədimiz var:`Qarabağ`a xidmət etmək. Bura bizim ailəmizdir. 32 ildir ki bu komanda üçün çalışıram.. `Qarabağ` Azərbaycanda özünəməxsus yol seçib. İndi `Qarabağ` yerli futbolçulara üstünülk verməklə göstərir ki, bizdə də futbol var. Sadəcə uşaqlara inanmaq və işləmək lazımdı. Bu gün Əfranı, Raufu, Maksimi görəndə ürəyim dağa dönür. Bu gün onların ardınca Qara Qarayev, Fərrux Rəhimov, Emin Əliyev, Şəhriyar Xəlilov, Elgiz Kərəmli kimi başqa istedadlar gəlir. İnanıram ki, onlarla yanaşı adını çəkmədiyim başqa isdedadlar da tezliklə əsas komandaya yüksəlib, `Qarabağ`la yanaşı Azərbaycan futboluna fayda verəcəklər.

 

 Onlar nə dedilər?

Yaşar Hüseynov:`Təbii ki, ötən mövsüm çempionluğu son anda əldən verdikdən sonra cari mövsüm `qızıl` qazanmaq sevindiricidi. Bizim əsas məqsədimiz əsas komandaya futbolçu yetişdirməkdən ibarətdir. Klubda rəhbərlik sistemli olaraq inkşaf üçün yeni layihələr həyata keçirir. `Qarabağ`ın məqsədi bəllidi. İnanıram ki, cari qələbədən sonra daha 2-3 futbolçumuz əsas komandaya yüksələcək .

Səttar Əliyev:` Bir-bir bütün futbolçuların alnından öpürəm. Həqiqtən əsl xarakter nümayiş etdirdilər. Bizim ən böyük üstünlüyümüz odu ki, bizdə hər kəs `Qarabağ` fərqini bilir. Rəhbərlikdən tutmuş ən sıravi işçiyə qədər hər birini təbrik edirəm. Biz futbolçu olaraq həm kuboku, həm də çüempionluğu yaşamışıq. Məşqçi kimi də lubok sevinci yaşamışam. İndi əvəzedicilərin çempionluğu 2 qat sevincdi. Çünki, uşaqların qələbəsi sabahımızın qələbəsidi.

Ənvər Axundov:` Bütün `Qarabağ` camiəsini təbrik edirəm. Əvəzedicilərin çempionatı cəmi 2-ci dəfə keçirilsə də, ötən il 2-ci bu il çempion olmaqla düzgün yolda olduğumuzu göstərmişik.  İnşallah, gələn illərdə də eyni yolu davam etdirmək istəyirik. Ən əsası uşaqların əzmini, arzusunu gördükdə yeni istedadların parlayacağını görmək olar.