QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Emrah Çelikel:`Cavab matçı bitdikdən sonra 4-cü mərhələni fikirləşməliyik`

Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşünə çox az qalıb. `Qarabağ`ımız səfərdə 1:0 məğlub etdiyi `Visla` ilə Tofiq Bəhramov adına respublika stadionunda ölüm-dirim mübarizəsinə çıxacaq. Səfərdəki qələbəyə baxmayaraq heç şübhəsiz, Polşanın ən titullu komandası `silah`ı yerə qoymaq fikrində deyil. Təsadüfi deyil ki, Polşa mətbuatı məğlub olacağı tədirdə `Visla`nın baş məşqçisi Kasperçakın tabutunun hazırlanmalı olduğunu bildirib. Bütün bu amillər `Visla`nın Bakıda sona qədər döyüşəcəyini göstərir.
Artıq həlledici qarşılaşmaya çox az vaxt qalıb. Klubumuzun direktoru Emrah Çelikel `Qarabağ` - Visla` oyunu öncəsi saytımıza son durum, ehtimallar və fikirlərini bildirib.
- 
Emrah bəy, artıq `Visla` ilə oyuna çox az vaxt qalıb. `Qarabağ`ın hazırlıqları necə gedir?
- Təbii ki, `Qarabağ` olaraq rəqib
i ən yaxşı halda qarşılamağı və qonaqpərvərliyimizə uyğun olaraq yola salmağı planlaşdırırıq. `Visla` Avropada tanınmış, özünəməxsus üslüba malik komandadı. İlk oyun zamanı davranışları ilə peşəkar klub olduqlarını nümayiş etdirdilər. Təbii ki, biz də əhatəli olaraq həm texniki, həm də təşkilati olaraq oyuna hazırlaşırıq.

- Belə başa düşdük ki, rəqibi ciddi şəkildə qiymətləndirirsiniz?
- Əlbəttə. Biz `Visla` ilə oyunlara 2 oyun deyil, iki 45 dəqiqəlik görüş kimi baxırıq.
İlk 45 dəqiqə Krakovda oynanılıb. 2-ci hissə isə Bakıda baş tutacaq.  Ona görə də ilk yarıda səfər qələbəsi  başımızın altına `yastıq` qoymamalıdır. `Visla`son 3 ildə 2 dəfə çempion olub, sonuncu mövsümdə isə `qızıl` medalları son anda əldən qaçırıb. Sizcə, belə komandanı ciddiyə almamaq olarmı?
- Çoxları `Qarabağ`ın səfər qələbəsi qazandığına görə indidən play-off mərhələsini fikirləşir...
- Əgər bizə belə fikirləşsək o zaman mübarizəni indidən uduzmuş olarıq. Etiraf etməliyəm ki, `Visla` hətta `Tvente`dən də üstün təsir bağışlayır. Oyun komponentlərinə görə `Visla` daim hücum etməyi və uduzmamağı xoşlayır. Təbii ki, biz də `Qarabağ`ımızın gücünə bələdik. Qarabağ` istənilən komandayla başa-baş oynamağ
a qadirdir. Amma, 90 dəqiqə meydanda sona qədər vuruşmadan, canını meydanda qoymadan nəticə qazanmaq mümkün deyil. Pley-off məsələsini düşünmək üçün hələ çox erkəndir. Bir daha qeyd edirəm ki, komandamıza inamımız sonsuzdur. Amma gəlin, cavab matçı istədiyimiz nəticə ilə bitdikdən sonra 4-cü mərhələ haqqında fikirləşək.İndidən növbəti mərhələ haqqında fikirləşmək düzgün deyil. Hələ bizim ilk oyundan da daha çətin mücadilə gözləyir.
- `Qarabağ` - `Visla` görüşündən hansı nəticəni gözləyirsiz?
- Məni hesab yox nəticə maraqlandırır.
İlk oyundan sonra hər kəs `Qarabağ`ı indidən növbəti mərhələdə görə bilər. Amma gəlin bir şeyi unutmayaq ki, qarşımızdakı rəqib `Barselona`nı məğlub etmiş bir komandadır. Mən hətta özümü 120 dəqiqiqəlik mübarizəyə də kökləmişəm. Azarkeşlər, mediamız səbrli olmağı, komandamızı sona qədər dəstəkləməyini arzulayıram. Çünki hələ heç nə bitməyib.  Bu oyun `Rosenborq`, Tvente` ilə oyunlarımızdan daha çətin olacaq.
- `Visla` adını çəkdiyiniz rəqiblərdən güclüdür?
- Məncə, bəli. Bilirsiz, ilk oyunda biz ora gedərkən polşalıların bizə yuxarı
dan aşağı baxdıqlarını sezməmək mümkün deyildi. Əslində bu bizi motivasiya verən ən önəmli amillərdən biri oldu. İnanın ki, oyunun sonunda qələbəyə daha çox məhz buna görə sevinirdik.
- İndi biz onlara yuxarıdan aşağı baxırıq..
- Əgər biz də indi ilk oyundakı nəticəyə görə onlara yuxarıdan boylansaq polşalıların gününə düşməyəcəyimizə kim zəmanət verə bilər?! Əslində ilk oyunda yaşananlar bizim əla nümunə olduğunu düşünürəm.
- Bəs hansı nəticə sizi məmnun edər?
- Təbii ki, `Qarabağ`ın istənilən
halda mərhələ adlaması bizim üçün vacibdir. `Qarabağ` artıq 2 ildir sübut edir ki, əbəs yerə Azərbaycanın qüruru sayılmır. Biz bu günlərə alınımız təri ilə gəlmişik. Yenə də eyni ciddiyətimizlə yola davam edirik. Artıq, bütün ölkə kimi klubda hər kəs `Visla` ilə cavab oyununa köklənib.  Adətən 2 gün öncə oteldə oyun üçün yığışan komanda bu dəfə 3 gün öncədən eyni addımı atıb. Bunlar hamısı `Visla`la ilə oyuna hesablanıb.
-  `Visla` oyun üçün xüsusi tədbirlər nəzərdə tutulubmu?
- Bizə çatan məlumatlara görə oyunla bağlı böyük ajiotaj var. Bunu bilet tələbindən anlamaq da mümkündür. Səhv etmirəmsə, ölkədə heç bir futbol matçında belə hal müşahidə olunmayıb. Əlbəttə, `Visla` kimi komandanın Bakıya gəlməsi ilk oyunda qeydə alınan nəticə xalqımızı ümidləndirib. İlk öncə stadionun tam dolacağın
ı, 90 dəqiqə, lazım gələrsə daha artıq komandanı sona qədər dəstəkləyəcəyinə inanıram. Oyunla bağlı azarkeşlərimizin `Qarabağ`ı dəstəkləməsi üçün mümkün olan hər bir şeyi etməyə çalışacağıq. İnanıram ki, sonda çəkdiyimiz əziyyət sonunda `Qarabağ`ımız hər kəsi sevindirəcək.
- Sonda nə demək istərdiniz?
- Visla`- `Qarabağ` oyunu bəlkə də nəinki, `Qarabağ` eyni zamanda bütün Azərbaycan futbolu üçün ən
vacib matç ola bilər. Hər kəsi `Qarabağ`a sona qədər dəstək verməyə və yanında olmağa çağırırıq. Qeyd etdiyim kimi, ilk hissə bizim xeyrimizə başa çatıb. İkinci hissəni də qazanmağımız üçün mübarizəmizi eyni ciddiyətlə  sona qədər davam etdirməliyik. Bütün azarkeşlərimiz və mediamızdan ilk oyundan da çətin bir oyuna hazır olmalarını istəyirəm.