QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Yoldaşlıq Görüşləri

"Qarabağ"ımız 2016/2017-ci illər mövsümünün yay hazırlığını Avstriyada keçdi. 

"Qarabağ" - "Şkenderbeu" 0:1 (Albaniya)

"Qarabağ" - "Zenit" (Rusiya) 1:0

"Qarabağ" - "Vakker İnsbrük" (Avstriya) 0:1

 

`Qarabağ` 2014-2015 mövsümündə qış hazırlığını Antalyada keçdi.

`Qarabağ` 1–3 `RNK Split` (Xorvatiya)

`Qarabağ` 1–1 `Sürix`(İsveçrə) 

`Qarabağ` 0–3 `Levski Sofia` (Bolqarıstan)

`Qarabağ` 2–0 `Legia Varşava` (Polşa)

`Qarabağ` 0–0 `Mordovia Saransk` (Rusiya)

`Qarabağ` 0–0 `Tirgu Mures` (Ruminiya)

 

`Qarabağ` 2014-2015 mövsümöncəsi hazırlığını Avstriyada keçdi.

`Qarabağ` 0-2 `Şaxtyor` (Ukrayna)

`Qarabağ` 0-1 `Krasnodar`(Rusiya) 

`Qarabağ` 2-0 `SV Wacker Burghausen` (Almaniya)

`Qarabağ` 3-1 `Viktoriya Plzen` (Çexiya)

`Qarabağ ` 6-1 `SG Sonnenhof Großaspach` (Almaniya) 

 

`Qarabağ` 2009-2010 mövsümöncəsi hazırlığını Türkiyənin Qızılcahamam bölgəsində keçdi.

`Sepehan` (İran) - `Qarabağ` (Azərbaycan)  0:0

`Ankaragücü` (Türkiyə) - `Qarabağ` (Azərbaycan) 3:1

`Antalyaspor` (Türkiyə) - `Qarabağ` (Azərbaycan) 0:3

 `Qarabağ` 2008-2009-ci il mövsümü, II dövrəyə hazirlıq planı əsasında  keçirdiyi yoldaşlıq görüşləri:

`Besa` (Albaniya) - `Qarabağ`(Azərbaycan) 1:0
`Elazığspor`(Türkiyə) - `Qarabağ`(Azərbaycan) 2:2
`Zarya`(Ukrayna) -  `Qarabağ`(Azərbaycan) 1:0
`Kuban` (Rusiya) -  `Qarabağ`(Azərbaycan) 2:0

"Qarabağ" 2008-2009-cu il mövsümündə Milli komandanın oyunları ilə əlaqədar olaraq yaranan fasilə zamanı keçirdiyi yoldaşlıq görüşləri

 "Qarabağ" həmişə olduğu kimi yaranan qısa fasilələrdən maksimum yararlanmağa çalışdı. Bu məqsədlə də 20 günlük fasilədə intensiv məşqlərlə bərabər iki yoldaşlıq oyunu da keçirdi. İlk rəqibimiz "Qarabağ-2", növbəti rəqibimiz isə Premyer Liqada yenicə debüt edən komandalardan biri, MOİK oldu.

 "Qarabağ" - "Qarabağ-2" 0:2
"Qarabağ" - MOİK 2:1

 «Qarabağ» 2007-2008-ci il mövsümü, II dövrəyə hazirlıq planı əsasında  keçirdiyi yoldaşlıq görüşləri
 

Dövrələrarası fasilədə  “Qarabağ” Futbol Klubu təlim-məşq toplanışı keçmək üçün Türkiyəyə yola düşdü.  Antalyanın Bələk bölgəsində keçən məşqlər  21 gün davam edib. Futbolçuların çempionatın ikinci dövrəsinə nə qədər hazır olduqlarını yoxlamaq məqsədilə komandamız  5 yoldaşlıq oyunu da keçirib.

“Qarabağ” – “Girnespor” (Ş.Kipr)   7:0
“Qarabağ” – “Çorumspor” (Türkiyə)  0:0
“Qarabağ” – “Tokatspor” (Türkiyə)  1:4
“Qarabağ” – “Ordubaşı” (Qazaxstan)  2:1  
“Qarabağ” – “Daçiya-Mioveni” (Rumıniya) 1:0  

 «Qarabağ» 2005-06-ci il mövsümü ərəfəsi keçirdiyi yoldaşlıq görüşləri

"Qarabağ" 2005-06-cı il mövsümünə hazırlığı digər klublardan bir qədər gec başladı. Buna baxmayaraq, planlaşdırılan Təlim Məşq prosesini başa vurmaq mümkün oldu. Azərbaycanın səfalı guşələrindən biri olan Qaxda on günlük məşq keçən komanda yalnız bir yoldaşlıq görüşündə qüvvəsini sınadı.
«Qarabağ» – «Olimpik» 1-1

«Qarabağ» 2004-05-ci il mövsümü ərəfəsi keçirdiyi yoldaşlıq görüşləri

«Qarabağ» futbol klubu 2004-2005-ci il futbol mövsümünə olduqca səmərəli hazırlıq keçib. Ötən ilki çempionatdan sonra komandanın başına gətirilmiş təcrübəli məşqçi İqor Ponomaryov klubun Azərbaycan çempionatına hazırlaşması üçün xüsusi plan etdi. Və hazırlıq da məhz bu plan əsasında aparıldı. Əvvəlcə Daxili İşlər Nazirliyinin Zaqulbadakı pansionatında, daha sonra Zaqulbadakı «Gənclik» turizm mərkəzində təlim-məşq toplanışları təşkil olundu. Bu toplanışlar zamanı komanda fiziki hazırlıq üzrə məşqlərini dəniz kənarında, topla çalışmaları isə Zaqulbaya yaxın olduğu üçün Buzovna qəsəbəsindəki «Gənclik» stadionunda keçirirdi. Futbolçuların oyun təcrübəsi sarıdan korluq çəkməməsi üçün komandanın yoldaşlıq görüşü keçirməsi istiqamətində də mühüm işlər aparılırdı. Nəticədə «Qarabağ» mövsüm öncə 5 yoldaşlıq görüşündə qüvvəsini sınadı:

«Qarabağ» – «Bakılı» 2-2
«Qarabağ» – «Turan» 0-0
«Qarabağ» - MOİK 1-2
«Qarabağ» – «Şəfa» 1-0
«Qarabağ» - U-21 6-0

Dövrələrarası fasilədə isə "Qarabağ" təlim məşq prosesi keçmək üçün Antalyaya yollandı. 20 günlük təlim məşq prosesində bir neçə yoldaşlıq görüşləri keçirən komanda çempionatın ikinci dövrəsi başlamasına bir həftə qalmış vətənə döndü.