QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Nailiyyətlər

 «Qarabağ»ın uğurları 


«Qarabağ» müstəqil Azərbaycanın futbol çempionatını iki dəfə çempion kimi başa vurub. İlk olaraq komanda 2-ci milli çempionatda yəni 1993-cü ildə bu ada layiq görülüb. İkinci çempionluq isə 3 il sonraya 1996-cı ilə təsadüf edir. Bundan başqa klub 1993-94 mövsümündə 2-ci, 2003-2004 və 2009-2010 mövsümündə isə 3-cü yeri tutub. Bundan başqa klub 3 dəfə ölkə kubokunun sahibi olub. 1993, 2006 və 2009-cu illərdə.Topaz Premyer Liqasının 2013/14 mövsümündə “Qarabağ” qızıl medallara sahib çıxıb. Ağdam təmsilçisi 34-cü turda “İnter”i məğlub edib və bunun sayəsində son iki turun nəticələrindən asılı olmayaraq qızıl medallara yiyələnib.2014/15-ci illər mövsümündə də “Qarabağ”ımız sona 1 tur qalmış çempionluğu rəsmiləşdirib.  Avropa Liqasında isə Hollandiya “Tvente”sini iki oyunun nəticəsinə görə üstələyərək tarixində ilk dəfə qrup mərhələsinə vəsiəqni təmin edib. Komandamız Avroliqanın pley-off mərhələsində “Yanq Boyz”u iki oyunun nəticəsinə görə 4:0 hesabı ilə məğlub edərək iki il ardıcıl qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub. Ötən mövsüm komandamız sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib. Avropa Liqasının pley-off mərhələsində isə komandamız İsveç “Qöteborq”unu 3:1 hesabıyla məğlub edərək ardıcıl 3-cü dəfə qrup mərhələsinə vəsiqə qazanmaqla öz rekordunu yeniləyib.