QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Qarabağ"ımız günü iki məşqlə başa vurdu

“Qarabağ”ımız Antalyada qış təlim-məşq toplanışını davam etdirir. Hazırlığın beşinci gününü komandamız axşam məşqiylə başa vurub. Günün ikinci məşqi yerli vaxtla saat 17:00-da start götürüb və təxminən 90 dəqiqə davam edib. İsinmə hərəkətlərin ardından futbolçularımız fiziki təmrinlərini yerini yetirib, məşq isə toplu çalışmalarla başa çatıb. Futbolçumuz Reynaldo Silva bu gündən etibarən meydançada məşqlərə başlayıb. Yeni transferimiz - Elşən Abdullayev isə fizioterapivt nəzarəti altında çalışmalarını davam etdirib.