Qarabağ TV
TPL
UEL
Ağabala Ramazanovun sarı vərəqəsi ləğv edilmədi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Azərbaycan Premyer Liqasının XVIII turunda "Qarabağ"ımızın "Kəpəz"lə səfərdə baş tutan matçın 86-cı dəqiqəsində futbolçumuz Ağabala Ramazanov sarı vərəqə ilə cəzalandırılmışdı. "Qarabağ" FK olaraq, bu sarı vərəqəni haqsız sayaraq, matçın protokolunda öz etirazımızı bildirmişdik. Lakin İntizam Komitəsi bu etirazları qəbul etməyərək, hakim qərarını qüvvədə saxlayıb. Ağabala Ramazanov vərəqə limitini dolduraraq cəzalı duruma düşüb və ölkə çempionatının XIX turunda "Qəbələ"ylə səfər matçını buraxmalı olacaq.

İntizam Komitəsinin bugünkü iclasında qəbul etdiyi qərarları təqdim edirik:

Azərbaycan Premyer Liqasının XVIII turunun “Zirə” – “Qəbələ” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).

Oyunun 74-cü dəqiqəsində “Qəbələ” klubunun 5 №-li futbolçusu
Rasim Ramaldanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Azərbaycan Premyer Liqasının XVIII turunun “Neftçi” – “Sumqayıt” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).