QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
U-19 Liqası: "Qarabağ"ımız "Qəbələ"ni məğlub etdi FOTOLAR

U-19 Liqasında XX turun oyunları keçirilib. "Qarabağ"ımız bu turda "Qəbələ"ni qəbul edib. Oyunun əvvəllərində rəqib hesabı açmağa nail olub. Komandamız ilk hissədə qol epizodları yaratsa da, topu qapıdan keçirə bilməyib. İkinci hissəyə də sürətli başlayan komandamız 73-cü dəqiqədə Famil Camalovla hesabı bərabərləşdirib. Bu qoldan 5 dəqiqə sonra isə Nicat Süleymanov komandamızı hesabda 2:1 irəli çıxarıb. Qarşılaşma bu hesabla da başa çatıb. Komandamız 20 turdan sonra 53 xalla turnir cədvəlinin vahid lideridir.