Qarabağ TV
TPL
UEL
Qurban Qurbanov: "Yalnız qol çatmadı"

Bu gün "Qarabağ"ımız Azərbaycan Premyer Liqasının XXIII turunda səfərdə "Zirə"ylə 0:0 hesablı heç-heçə edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov qarşılaşma haqda fikirlərini bildirib: 

"Düşünürəm ki, maraqlı oyun alındı. Məncə, yalnız qol çatmadı. “Zirə”yə uğurlar arzu edirəm, bizə qarşı layiqli mübarizə apardılar. Futbolçularımdan razı qalmışam. Bundan sonra futbolçularımız milliyə gedəcəklər, onlara uğurlar arzu edirəm".