QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qurban Qurbanov: "Klub rəhbərliyini, futbolçuları və azarkeşlərimizi təbrik edirəm"

Bu gün Azərbaycan Premyer Liqasının XXVI turunda "Qarabağ"ımız səfərdə "İnter"i 3:0 hesabıyla məğlub edərək mövsümün sonuna iki tur qalmış çempionluğunu rəsmiləşdirib.

Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

 

"Klub rəhbərliyini, futbolçuları və azarkeşlərimizi təbrik edirəm. Bu titulu saxlamaq, qorumaq çətin olsa da, vəzifəmizdir. Buna nail olmaq bizim üçün xoşdur. “İnter”i ilin komandası adlandırardım. Çətinliklərə baxmayaraq, layiqli oyun göstərdilər. Hamısı öz oyunçularımızdır. Onlara uğurlar arzulayıram".