Qarabağ TV
TPL
UEL
Qara Qarayev daha iki il "Qarabağ"ımızda

Növbəti mövsüm transfer çalışmalarını davam etdirən "Qarabağ"ımız bir futbolçuyla müqavilə yeniləyib. Komandamızın yetirməsi və millimizin üzvü Qara Qarayevlə yeni müqavilə imzalanıb. Razılaşmaya əsasən yarımmüdafiəçi daha iki il komandamızın formasını geyinəcək.

"Daha iki il "Qarabağ"ın bir parçası olmaq mənim üçün qürurvericidir. Nə qədər gücüm var, bu komandanın, bu camiənin xidmətində olmağa çalışacam. Klub rəhbərliyi və məşqçilər heyətinə də təşəkkürümü bildirirəm ki, məni yenidən komandada görmək istəyirlər. Bu da məni çox sevindirir. Növbəti illərdə də "Qarabağ"ın uğurları üçün əlimdən gələni edəcəm".