Qarabağ TV
TPL
UEL
Əfran İsmayılovla yeni müqavilə

"Qarabağ"ımız növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir. Klub rəhbərliyi Qara Qarayevin ardından daha bir futbolçu ilə müqavilə yeniləyib. Belə ki, yarımmüdafiəçimiz Əfran İsmayılov daha bir il "Qarabağ"ımızın şərəfini qoruyacaq.

 

Millimizin üzvü yeni müqavilə haqqında öz fikirlərini klubun rəsmi saytına açıqlamasında bunları bildirib:

 

"Qarabağ" mənə doğma komandadır. Mənim üçün sevindirici haldır ki, daha bir il bu komandanın formasını geyinəcəm. Çalışacam ki, öz oyunumla komandama xeyir verim və uğurlarımın üstünə uğur gətirim. Əsas məqsədimiz növbəti mövsüm daha yaxşı çıxış edib azarkeşlərimizi sevindirməkdir".