Qarabağ TV
TPL
UEL
U-19 komandamıza qızıl medallar və çempionluq kuboku təqdim olundu FOTOLAR

Bu gün U-19 Liqasında son turun oyunları keçirilib. "Qarabağ"ımızın 19 yaşadək futbolçulardan ibarət komandası bu turda AZAL-ı qəbul edib. 2 tur öncə çempionluğunu rəsmiləşdirən komandamız bu matçda 7:0 hesablı qələbə qazanıb. Qarşılaşmadan sonra isə  "Qarabağ"ımızın vitse-prezidenti Tahir Gözəl, AFFA-nın baş katibi Elxan Məmmədov və baş məşqçimiz Qurban Qurbanov tərəfindən futbolçularımıza qızıl medallar və çempionluq kuboku təqdim olunub.