Qarabağ TV
TPL
UEL
Kamp gündəliyi - 1 FOTOLAR

"Qarabağ"ımız Avstriyada təlim-məşq toplanışını davam etdirir. Səhər məşqini fitnes zalında keçirən komandamız günün ikinci hazırlığna yerli vaxtla saat 19:00-da (Bakı vaxtıyla 21:00) meydançada çıxıb. Məşqdən öncə futbolçularla kiçik toplantı keçirən baş məşqçimiz Qurban Qurbanov qısa söhbət edib və məşq proqramını komandaya təqdim edib. İki qrup halında olan komandamız çalışmalara kvadratla başladılar. Hazırlığın ikinci yarısında isə futbolçularımız fiziki tapşırıqları yerinə yetirərək məşqi başa vurub. Futbolçumuz Ağabala Ramazanov isə fərdi məşqlə kifayətlənib.

Məşqdən hazırlanmış fotoreportajı təqdim edirik: