Qarabağ TV
TPL
UEL
Qurban Qurbanov: "Samtredia" bizi daha yaxşı tanıyır"

Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ımızın rəqibi məlum olub. Komandamız son Gürcüstan çempionu “Samtredia”yla qarşılaşacaq. Baş məşqçimiz Qurban Qurbanov püşkü klubun rəsmi saytına dəyərləndirib:

“5 potensial rəqibdən ən çətini düşdü. "Samtredia" bizi daha yaxşı tanıyır. Ötən mövsüm rəqibin “Qəbələ”ylə cavab matçında göstərdiyi futbolu gördük. Xarakterli komandadır.

Hazırda onlarda çempionat davam edir, bu da rəqibin üstünlüyüdür. Biz isə hələ ki, tam heyətlə yığışa bilməmişik. Milli komandalarda olan futbolçular iyunun 20-dən sonra təlim-məşq toplanışına qoşulacaq. Çalışacağıq ki, ən qısa zamanda toparlanaraq çatışmazlıqlarımızı aradan qaldıraq və oyuna qədər tam hazır vəziyyətə gələk”.