Qarabağ TV
TPL
UEL
"Qarabağ" - "Samtredia" cütünün potensial rəqibi məlum oldu

Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb. Saat 14:00-da başlayan püşk "Qarabağ" - "Samtredia" cütünün rəqibini də məlum edib. Belə ki, "Qarabağ"ımız üçüncü təsnifat mərhələsinə yüksələcəyi təqdirdə “Şerif” (Moldova) – “Kukesi” (Albaniya) (ilk oyun: 1:0)  cütünün qalibi ilə qarşılaşacaq. Komandamız III təsnifat mərhələsinə yüksələcəyi təqdirdə ilk matçı evdə keçirəcək.


Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları 25-26 iyul, cavab matçları isə 1-2 avqustda keçiriləcək.