Qarabağ TV
TPL
UEL
Qurban Qurbanov: "Bütün fikrimizi "Samtredia" ilə cavab oyununa yönəltmişik"

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb. “Qarabağ”ımız II mərhələdəki rəqibi “Samtredia”nı məğlub edəcəyi təqdirdə, növbəti mərhələdə “Şerif” (Moldova) - “Kukesi” (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq.

Komandamızın baş məşqçisi Qurban Qurbanov püşklə bağlı öz fikirlərini klubun rəsmi saytına açıqlamasında bildirib: “Hazırda bizi nə “Şerif, nə də “Kukesi” maraqlandırır. İyulun 18-i baş tutacaq “Samtredia”yla cavab oyununa hazırlaşırıq. Bütün fikrimizi bu qarşılaşmaya yönəltmişik”.