Qarabağ TV
TPL
UEL
"Samtredia" - "Qarabağ" matçının təyinatları açıqlandı

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində keçiriləcək “Samtredia” – “Qarabağ” oyununun təyinatları açıqlanıb.

Qarşılaşmanı Serbiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Srcan Yovanoviç olacaq. Ona yan xəttlərdə Uroş Stoykoviç və Milan Mixayloviç kömək edcəcək. Dördüncü hakim funksiyasını Marko Popoviç yerinə yetirəcək. Hakimlərin işinə Macarıstandan olan Laslo Vaqner qiymət verəcək. Matçın UEFA nümayəndəsi rumıniyalı Pol Daniel Zaharya olacaq.

Qeyd edək ki, iyulun 18-i Boris Payçadze adına stadionda keçiriləcək oyun saat 21:00-da başlayacaq.

Çempionlar Liqası, II təsnifat mərhələsinin cavab oyunu, 18 iyul

21:00. “Samtredia” (Gürcüstan) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Srcan Yovanoviç

Yan xətt hakimləri: Uroş Stoykoviç və Milan Mixayloviç

Dördüncü hakim: Marko Popoviç (hamısı Serbiya)

Hakim-inspektor: Laslo Vaqner (Macarstan)

UEFA nümayəndəsi: Pol Daniel Zaharya  (Rumıniya)