Qarabağ TV
TPL
UEL
"Qarabağ" - "Kopenhagen" matçının biletləri sabahdan etibarən satışda !

Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək "Qarabağ" – “Kopenhagen” (Danimarka) qarşılaşmasının biletləri satışa çıxır. Azarkeşlərimiz sabah – avqustun 12-si, saat 10:00-dan etibarən biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilər.

QEYD: Biletlərin "qara bazar"a ötürülməsinin qarşısını almaq üçün bir azarkeşə maksimum iki bilet satılacaq.

Qeyd edək ki, "Qarabağ" – “Kopenhagen" matçı avqustun 15-i saat 20:00-da start götürəcək.

Biletlərin qiyməti nömrəli sektorlara görə 1-10 AZN arası dəyişir, VİP sektoruna isə 50 AZN-dir.

1-5 və 24-27 nömrəli sektorlar - 1 AZN

6-8 və 21-23 nömrəli sektorlar - 2 AZN

9, 10 və 19, 20 nömrəli sektorlar – 3 AZN

11, 12 və 17, 18  nömrəli sektorlar - 5AZN

13,16 və 29, 38 nömrəli sektorlar 10 AZN

VİP - 50 AZN