Qarabağ TV
TPL
UEL
"Neftçi" - "Qarabağ"ımız 1:3 FOTOLAR

Bu gün Azərbaycan Premyer Liqasında 2017/18-ci illər mövsümü start götürüb. Yeni mövsümün ilk matçında “Qarabağ”ımız səfərdə “Neftçi”nin qonağı olub. Qarşılaşmaya sürətli başlayan komandamız 14-cü dəqiqədə hesabı açıb. Əfran İsmayılovun cinah ötürməsini Mahir Mədətov başla dəqiq oynayıb. Hücumlarını artıran “Qarabağ”ımız matçın 40-cı dəqiqəsində hesab arasında fərqi ikiyə çatdırıb. Dino Ndlovunun yerlə ötürməsini Mədətov tamamladı. İlk hissə komandamızın 2:0 hesablı qələbəsiylə başa çatdı. İkinci hissəyə də sürətli başlayan komandamız 60-cı dəqiqədə üçüncü dəfə fərqləndi. Mədətovun ötürməsini Dino Ndlovu qarşısıalınmaz zərbəylə tamamladı. Matçın son dəqiqəsində “Neftçi” hesabı müəyyən edən qolu vurdu. Komandamız səfərdə 3:1 hesablı qələbə qazandı.

 

21:00. “Neftçi” - “Qarabağ” - 1:3 
Qol: 
Mahir Mədətov, 15 (1:0), 40 (2:0), Dino Ndlovu, 62 (3:0), Rahid Əmirquliyev, 90-avtoqol (3:1)