Qarabağ TV
TPL
UEL
Tahir Gözəl: "Qarabağ"ımız zaman keçdikcə daha da güclənəcək"

Topaz Premyer Liqasının 1-ci turunda səfərdə “Neftçi”yə qalib gələn (3:1) “Qarabağ”ımızın vitse-prezidenti Tahir Gözəl oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Çempionatda ilk oyunumuz idi. Bu qələbə bizə əlavə güc verdi. Avrokubklar üçün motivasiya oldu. Əminəm ki, zaman keçdikcə güclənəcəyik. Dani Kintananın zədələnməsinə üzüldüm. Sabah onu müayinə edəcəyik. Yəqin ki, 1 ay yarım sonra komandaya qoşular. İnşallah yanılaram və onun zədəsi yüngül olar. Optimist düşünürəm.

- Meydanda ancaq “Qarabağ” var idi...

- Onu deməzdim. “Neftçi” də yaxşı oynadı. “Neftçi” hər zaman güclü olub. Belə davam etsələr, stabil komanda olacaqlar.

- “Qarabağ” ÇL-in pley-off mərhələsində “Kopenhagen”lə oyunda qol buraxmadan qalib gəlmək istəyəcək...

- Ən böyük ümidimiz də elə budur. “Qarabağ”ın gözəl oyunlarını çox görmüşük. Bütün ümidimi Bakıya bağlamıram. Komandamıza inanıram. “Kopenhagen”ə Bakıda çətin olacaq.

- “Qarabağ” minimum qışa qədər avrokuboklarda oynayacaq. Heyətə legioner futbolçu cəlb ediləcək?

- Söz-söhbət gedir. Amma ad verə bilməyəcəm. Avropada danışıq apardığımız oyunçular var. Sürpriz transfer də ola bilər. Ətraflı danışmaq istəməzdim.

- Sürpriz dedikdə tanınmış futbolçu nəzərdə tutursunuz?

- Xeyr, belə deməzdim. Ancaq bizim axtardığımız oyunçu olacaq. “Qarabağ”ın keyfiyyətli legionerləri olub. Ümid edirik ki, yeni oyunçumuz da onlar kimi olacaq.

- Kintananın zədə alması yeni transferi sürətləndirəcək?

- Bununla əlaqəsi yoxdu.

- Azərbaycan əsilli Ramil Quliyev Türkiyə adına Atletika üzrə 200 metr məsafədə qaçış yarışında dünya çempionu oldu. Bu barədə fikirləriniz necədir?

- Əlbəttə, böyük uğur, qələbədir. Azərbaycanı, Qarabağı, Türkiyəni dünyaya tanıdan hər kəsə biz ancaq təşəkkür edirik. Ramili təbrik edirəm.

- Əzəli rəqibiniz olan “Neftçi”nin belə vəziyyətdə olması sizə necə təsir edir?

- “Neftçi”nin güclənmək və formalaşmaq istəyi var. Bir az zamana ehtiyacları var. Mən daha güclü “Neftçi”ni qarşımızda görmək istəyirəm. Ümid edirəm ki, belə də olacaq.