Qarabağ TV
TPL
UEL
Dani Kintana 3 həftə sonra məşqlərə başlayacaq

Uzun müddətli zədədən sonra yaşıl meydanlara qayıdan futbolçumuz Dani Kintana dünən “Neftçi”yə 3:1 hesablı qalib gəldiyimiz matçın 86-cı dəqiqəsində zədələnərək meydanı vaxtından əvvəl tərk etdi. İspaniyalı yarımmüdafiəçi bu gün MRT müayinəsindən keçib. Futbolçumuzun əzələsinin dartılması müəyyən edilib. Bu səbəbdən Dani Kintana təxminən 3 həftə sonra məşqlərə start verəcək.