Qarabağ TV
TPL
UEL
"Qarabağ"ımız hazırlıqlarını davam etdirir

Milli komandaların oyunları ilə bağlı  yaranan fasilədə "Qarabağ"ımız hazırlıqlarını davam etdirir. Komandamız gündə bir dəfə olmaqla klubumuzun bazasında məşq edir. Milli komandalara dəvət alan 14 futbolçumuzun yoxluğunda əvəzedici heyətin bir neçə üzvü əsas komandanın hazırlıq prosesində iştirak edir.

Komandamız oktyabrın 7-si, saat 16:30-da "Azərsun Arena"da "Sumqayıt"la yoxlama oyunu keçirəcək.