Qarabağ TV
TPL
UEL
"Qarabağ"ımız "Sumqayıt"la yoxlama oyunu keçirdi

Milli komandaların oyunları ilə yaranan fasilədə “Qarabağ”ımız bu gün yoxlama oyunu keçirib. Komandamız “Azərsun Arena”nın köməkçi meydançasında “Sumqayıt”la qarşılaşıb və rəqibinə 1:2 hesabıyla məğlub olub. Komandamızın heyətində Miçel fərqlənib.

Qeyd edək ki, əsas komandamızın 14 futbolçusunun milli komandalarda olması səbəbindən əvəzedici heyətimizin bir neçə üzvü bu qarşılaşmada iştirak edib.