Qarabağ TV
TPL
UEL
Asif Əsgərov Avropa Klublar Birliyinin Yarış İşçi Qrupuna üzv seçilib

Avropa Klublar Birliyinin (ECA) Yarış İşçi Qrupuna (Competition Working Group) Azərbaycandan “Qarabağ”ımızın baş meneceri Asif Əsgərov üzv seçilmişdir. 49 nəfər öz namizədliyini irəli sürmüşdür və seçilmiş 6 şəxs arasında Azərbaycan və “Qarabağ”ımızı Asif Əsgərov təmsil edəcək.

Qeyd edək ki, Yarış İşçi Qrupuna “Real”dan Emilyo Butragueno, PAOK-dan Lugoş Mixel, “Qalatasaray”dan Cenk Ergün, “Yuventus”dan Ruzo Lombardo, “Malmö”dən Nikas Karlsson və “Qarabağ”ımızdan Asif Əsgərov seçilib.