QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Millimiz Norveçi məğlub etdi

Azərbaycan millisi bu gün növbəti oyununu keçirib. Yığmamız DÇ-2018-in seçmə mərhələsində 2-ci matçına çıxıb.

UEFA zonasının C qrupunda mübarizə aparan komandamız Norveç yığmasını qəbul edib. Bakı Olimpiya Stadionunda baş tutacaq görüş Robert Prosineçkinin yetirmələri üçün ilk ev qarşılaşması olub.

 

Tsikli səfər qələbəsi ilə başlayan millimiz San-Marino üzərindəki minimal hesablı uğurun davamını gətirməyə nail olub. 12-ci dəqiqədə Maksim Medvedevin qolu ilə hesabı açan yığmamız matçın sonuna qədər üstünlüyünü qoruya bilib.

 

DÇ-2018-in seçmə mərhələsi

UEFA zonası

C qrupu

II tur

8 oktyabr 

Azərbaycan - Norveç - 1:0

Qol: Maksim Medvedev, 12

Hakimlər: Liran Liani, David Elyas Bitton, Nissan Davidi, Eytan Şmuelevitz (hamısı İsrail)

Hakim-inspektor: Erol Ersoy (Türkiyə)

UEFA nümayəndəsi: Çarles Şaak (Lüksemburq)

Bakı Olimpiya Stadionu

 

Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 5. Maksim Medvedov, 8. Eddi İsrafilov, 10. Ruslan Qurbanov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov (k), 18. Ağabala Ramazanov, 19. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov

Ehtiyat oyunçular: 12. Anar Nəzirov (q), 23. Səlahət Ağayev (q), 4. Pavel Paşayev, 6. Bədavi Hüseynov, 7. Araz Abdullayev, 9. Namik Ələsgərov, 11. Rauf Əliyev, 15. Ruslan Abnşov, 16. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 20. Ramil Şeydayev, 22. Tərlan Quliyev

 

Norveç: 1. Rune Yarsteyn, 2. Haytam Alesami, 3. Even Hovland, 4. Stefan Strandberq, 7. Coşua Kinq, 10. Markus Henriksen, 15. Per Silyan Skilberd, 16. Yonas Svensson, 18. Ole Salnes, 20. Adama Diomande, 21. Pal Andre Helland

Ehtiyat oyunçular: 12. Oryan Niland (q), 22. Andre Hansen (q), 5. Aleksandr Tetti, 6. Ruben Qbrielsen, 8. Stefan Yohansen, 9. Aleksandr Sorlot, 11. Tarik Elyunusi, 13. Martin Samuelsen, 14. Veqar Hadenstat, 17. Conatan Parr, 19. Ruben Yensenn, 23. Co İnge Bergett