QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Millimiz Çexiyadan xalla qayıdır

Bu gün DÇ-2018-in seçmə mərhələsində 3-cü tura yekun vurulub. Azərbaycan millisi də növbəti oyununa çıxıb.

Robert Prosineçkinin komandası səfərdə Çexiyanın qonağı olub. Qrupda keçirdiyi hər iki görüşdə qalib gələrək maksimum xal toplayan millimiz çətin səfər qarşılaşmasından da sərfəfli nəticə ilə dönüb.

Milli komandamız seçmə mərhələdə keçirdiyi üçüncü görüşdə də qapısını toxunulmaz saxlayıb. 

Qeyd edək ki, millimiz seçmə mərhələdə növbəti oyununu noyabrın 11-də səfərdə Şimali İrlandiyaya qarşı keçirəcək. 

22:45. Çexiya - Azərbaycan - 0:0
Baş hakim: Matey Yuq
Baş hakimin köməkçiləri:
 Tomaş Klançnik, Manuel Vidali (Sloveniya)
Ostrava. “Vitkovitse” stadionu